son dəqiqə SON DƏQİQƏ
Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ●

Messidən 3 rekord

Bölmə adı Futbol / Dünya Çempionatı
Yayımlandı 4-07-2026, 10:29

Argentina millisinin hücumçusu Lionel Messi futbol üzrə dünya çempionatlarında üç tarixi rekorda imza atıb.


Sport1.az xəbər verir ki, 39 yaşlı oyunçu DÇ-2026-nın 1/16 final mərhələsində Kabo-Verde yığmasına qarşı oyunda fərqlənərək mundiallardakı qol sayını 20-yə çatdırıb. Bununla da o, turnir tarixinin ən məhsuldar futbolçusu kimi öz rekordunu yeniləyib.


Siyahıda ikinci pillədə qərarlaşan Fransa millisinin hücumçusu Kilian Mbappenin hesabında isə 18 qol var.


Messi eyni zamanda mundiallar tarixində ardıcıl səkkiz oyunda qol vuran ilk futbolçu olub. Onun məhsuldarlıq seriyası 2022-ci il dünya çempionatının 1/8 final mərhələsindən başlayır. Argentinalı hücumçu bu müddətdə ümumilikdə 12 dəfə rəqib qapılarına yol tapıb.


Kapitan daha bir tarixi göstəriciyə də imza atıb. O, Kabo-Verde ilə qarşılaşmaya start heyətində çıxmaqla dünya çempionatları tarixində 30 oyun həddini keçən ilk futbolçu olub. Bu göstəricidə ikinci yerdə Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu qərarlaşıb. Onun aktivində 26 mundial oyunu var.


Qeyd edək ki, Lionel Messi 2023-cü ildən ABŞ-nin “İnter Mayami” klubunda çıxış edir. O, Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu, 2014-cü ildə dünya çempionatının gümüş mükafatçısı, 2008-ci il Olimpiya Oyunlarının qalibi, həmçinin 2021 və 2024-cü illərdə Amerika Kubokunun qalibi olub. O, həmçinin “Qızıl top” mükafatını rekord sayda – səkkiz dəfə qazanıb.


Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatı iyulun 19-da başa çatacaq.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR