
“Şamaxı”nın futbolçusu Kərim Rossi ilə vidalaşmaq ehtimalı var.
Sport1.az xəbər verir ki, bu barədə “AmanVIBE” nəşri məlumat yayıb.
Bölgə təmsilçisinin isveçrəli forvardı Avropa klublarının diqqətini çəkib.
“Şamaxı”nın heyətində cari mövsüm Misli Premyer Liqasında 9 qol vuran 32 yaşlı forvardın performansı diqqətçəkən olub. Nəticədə Qazaxıstan Premyer Liqasında çıxış edən 2 klub onun durumunu araşdırmağa başlayıb. Həmçinin Rusiya Premyer Liqası, Səudiyyə Ərəbistanı çempionatı və İsveçrə liqasından da futbolçu ilə maraqlanan klublar var.
Rossinin “Şamaxı” ilə müqavilə müddəti mövsümün sonuna qədər olduğundan, forvardın yay fasiləsində Azərbaycanı tərk etmək ehtimalı yüksəkdir.
Qeyd edək ki, Kərim Rossi “Şamaxı”ya mövsümün əvvəlində keçib.