son dəqiqə SON DƏQİQƏ
İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ●

Xizək Alpinizmi üzrə Avropa Çempionatının üçüncü gününə yekun vurulub

Bölmə adı Digər
Yayımlandı 6-03-2026, 20:40

Martın 5-də "Şahdağ" Turizm Mərkəzində Xizək Alpinizmi üzrə Avropa Çempionatının üçüncü gününün və eyni zamanda Dünya Kubokunun nəticələri bəlli olub. 


Sport1.az xəbər verir ki, fərdi növ üzrə keçirilən yarışın nəticələrinə əsasən 18 yaşadək qızlar arasında 1-ci yerdə Nuriya Noquera Balaquer (İspaniya), 2-ci yerdə Anastasiya Pşeniçnaya (Rusiya), 3-cü yerdə Antonina Rakus (Polşa) yer alıb. Eyni yaş kateqoriyasında oğlanlar arasında Matey Petre (Rumıniya) ilk pillədə, Gil Rosias Sakrest (İspaniya) 2-ci, Adam Hubats (Slovakiya) isə 3-cü pillədə qərarlaşıb. 


20 yaşadək qızlar arasında ilk yeri Helena Oyeringer (Almaniya), Klara Velepets (Sloveniya) 2-ci yeri, 3-cü yeri Emma Boqones Martin (İspaniya) tutub, oğlanlar arasında isə 1-ci pillədə Silas Valter (Almaniya) və 2-ci pillədə Morits Bauregger (Almaniya), 3-cü pillədə Marek Foltin (Çexiya) yer alıb. 


23 yaşadək qızlar arasında ilk yeri Tib Dezeyn (İsveçrə), 2-ci yeri Mariya Ordonyes Kobacho (İspaniya), 3-cü yeri İrina Umnitsına (Fərdi Neytral İdmançı), oğlanlar arasında isə ilk yeri Yohannes Lofeyer (Avstriya), 2-ci yeri Yulian Tritşer (Avstriya), 3-cü yeri Silvano Volf (Avstriya) tutub.


Böyüklər arasında qadınlar üzrə fərdi növ yarışında 1-ci pillədə Culiya Murada (İtaliya) 2-ci pillədə Marian Faton (İsveçrə) və 3-cü pillədə Alba De Silvestro (İtaliya), kişilər üzrə isə 1-ci pillədə Remi Bonne (İsveçrə) və 2-ci pillədə Tomas Bussar (İsveçrə) , 3-cü pillədə Yohannes Lofeyer (Avstriya) qərar tutub. 


Azərbaycanı yarışda 18 yaşadək oğlanların fərdi növü üzrə Nurid Şəkərəliyev, 20 yaşadək oğlanlar üzrə isə Nəbiyulla Qələbəqiyev təmsil edib. Nurid Şəkərəliyev yarışı 7-ci, Nəbiyulla Qələbəqiyev isə 6-cı pillədə yekunlaşdırıb. 


Qeyd edək ki, Avropa Çempionatı Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.


Çempionatda Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Rusiya, Slovakiya, Yunanıstan, Andorra və İsveçdən ümumilikdə 124 idmançı iştirak edir.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR