son dəqiqə SON DƏQİQƏ
İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ●

Xizək Alpinizmi üzrə Avropa Çempionatına və Dünya Kubokuna yekun vuruldu

Bölmə adı Digər
Yayımlandı 9-03-2026, 09:56

"Şahdağ" Turizm Mərkəzində Xizək Alpinizmi üzrə Avropa Çempionatına və Dünya Kubokuna yekun vuruldu.


Sport1.az xəbər verir ki, yarışın son günündə idmançılar vertikal növdə güclərini sınayaraq birincilik uğrunda mübarizə aparıblar.


Vertikal növün nəticələrinə əsasən qızlar arasında U18 kateqoriyası üzrə 1-ci yerə Anastasiya Pşenicnaya (Rusiya Federasiyas), 2-ci yerə Natalia Babrovska (Polşa), 3-cü yerə Rabia Bulut (Türkiyə) sahib olub. Eyni yaş kateqoriyasında oğlanlar arasında Matei Petre (Rumınya) ilk pillədə qərarlaşıb. Adam Hubak (Slovakia) və Alex Kulanga (Slovakiya) 2-ci və 3-cü yerləri bölüşüblər.



U20 yaş kateqoriyasında Marina Anastasova (Bolqarıstan) ali kürsüdə 1-ci yerin qalibi olub. Ikinci və üçüncü yerləri isə Türkiyə təmsilçiləri Gülnur Sağır və Sultan Evci Sueda qazanıb. Oğlanlar arasında Valter Silas (Almaniya) qızıl medala sahib olub. Marek Foltyen (Çex Respublikası) gümüş, Malte Lessing (İsveçrə) isə bürünc medal qazanıb.



U23 yaşadək qızlar arasında Tib Dezeyn (İsveçrə) ilk pillədə qərar tutub. İrina Umnitsina (Fərdi Neytral İdmançı) və Darya Zinçenko (Fərdi Neytral İdmançı) 2-ci və 3-cü yerləri bölüşüblər. Oğlanlar arasında Julian Tritsher (Avstriya) 1-ci yerin, Silvano Volf (Avstriya) 2-ci yerin, Loik Dubois (İsveçrə) isə 3-cü yerin qalibi olub.



Böyüklər arasında qadınlar üzrə Sara Dreyer (Avstriya) qızıl medal, Culia Murada (İtaliya) gümüş medal, Caraline Ulrikh (İsveçrə) bürünc medalın sahibi olub, kişilər arasında isə Remi Bonet (İsveçrə) 1-ci yerdə, Gay Aurelien (İsveçrə) 2-ci yerdə, Christof Hochenvarter isə (Avstriya) 3-cü yerdə qərarlaşıb.Yarışda milli komandanın üzvü Nurid Şəkərəliyev öz kateqoriyasında 5-ci yerə sahib olub.



Qeyd edək ki, Avropa Çempionatı və Dünya Kuboku Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Yarışlarda Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Rusiya, Slovakiya, Yunanıstan, Andorra və İsveçdən ümumilikdə 124 idmançı iştirak edib.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR