
Qazaxıstanın paytaxtı Astanada keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirini milli komandamız bir medalla başa vurub.
Sport1.az xəbər verir ki, Uşanqi Kokauri (+100 kq) final görüşündə ikiqat dünya çempionu İnal Tasoyevə məğlub olaraq gümüş medala layiq görülüb.
Qeyd edək ki, idmançımız bir həftə əvvəl Düşənbə Böyük Dəbilqəsində bürünc mükafat qazanmışdı.