
Mövsümün əvvəlində “Lill”dən transfer olunan və çempionluq yolunda vacib fiqurlardan birinə çevrilən Aaron Maluda karyerasını Azərbaycandan kənarda davam etdirə bilər.
Sport1.az xəbər verir ki, bu barədə “L’Équipe” nəşri məlumat yayıb.
Bildirilib ki, 20 yaşlı vingerlə İtaliyanın “Sampdoriya” və Şotlandiyanın “Seltik” klubları yaxından maraqlanır.
Məlumata görə, hər iki komanda artıq futbolçunun nümayəndələri ilə ilkin danışıqlara başlayıb.
Qeyd edək ki, bu ilin yanvarında “Sabah”la 3 illik müqavilə imzalayan Maluda “bayquşlar”ın heyətində keçirdiyi 27 rəsmi oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.