son dəqiqə SON DƏQİQƏ
Avropa Birinciliyi: Daha iki idmançımız turnirdə çıxışını başa vurub Azərbaycan I Liqası: II və III turun oyun cədvəlləri açıqlanıb "Şəmkir"dən günün ikinci transferi İsrail mediasının qorxduğu ssenari: "Sabah" ilk qolu vursa..." Bölgə klubunda yeni əməkdaşlıq "Qarabağ" zədəli futbolçuları ilə bağlı açıqlama yayıb - "Qarabağ" İSRARLIDIR: Klubdan braziliyalı üçün növbəti "Sabah"la vacib qarşılaşmadan öncə "Hapoel" dini ayin keçirib - Azərbaycan badmintonçuları Gürcüstanda 17 medal qazanıblar Beynəlxalq ekspert Azərbaycanda işləməyə razılıq verib - "Bütün Azərbaycan bizə inanır, ona görə də qalib gəlməli idik" Kamerunlu hücumçu "Xankəndi"də Sabiq "Neftçi"li 40 yaşında bu klubla müqavilə imzalayıb "Xankəndi"dən "Marafona"a Bütün futbolçularla yolları ayıran "Şəmkir"dən ilk transfer - "Qarabağ" məlumat yayıb: Pley-off matçının startına 1 saat qalmış... Bu ölkələrin azarkeşləri Bakıya gəlir - ÇL: "Sabah"ın matçı penaltilər seriyasına qədər davam etsə... Millimizin üzvü: "Bəzi məqamlarda qəbulda çətinliklər yaşadıq, lakin..." "Gəncə"də iki yeni müqavilə Avropa Çempionatı: Bu gün C qrupunun daha iki oyunu keçiriləcək Çempionlar Liqası: Pley-offun cavab oyunlarına start verilir - Günün oyunları: "Sabah" pley-off mərhələsinin cavab qarşılaşmasına çıxacaq - Premyer Liqa klublarının yay transferləri Maradonanın məşhur qolunun topu 3,3 milyon dollara alındı BOS-da Təhlükəsizlik konfransı keçirildi FİDE rəsmisi Afrikada vəfat edib

Qurban Qurbanov: “Deyəcək bir söz yoxdur”

Bölmə adı Premyer Liqa
Yayımlandı 9-05-2026, 20:17

"Qarabağ" Misli Premyer Liqasının 31-ci turunda səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib.


Sport1.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


“Uzaq səfərdə komandanı tək qoymadıqları üçün azarkeşlərə təşəkkür edirəm. Futbolçular tam gücləri ilə oynadılar. Onlara iradlarım yoxdur. Qalib gələ də bilərdik, məğlub ola da. İntizamlı, döyüşkən komanda ilə heç-heçə etdik. "Qəbələ" həm oyununa, həm xarakterinə görə bəlkə də daha yaxşı yerlərdə olmalı idi. Kaxaber Tsxadadze yaxşı sistem qurub. Çempionatın sonuna yaxınlaşmışıq. Həm fiziki, həm də psixoloji yorğunluq futbolçulara təsir edir. Qarşıda iki oyunumuz var. Həmin matçlara ciddi hazırlaşmalıyıq. Düşünürəm ki, nəticə oyuna görə idi. Hər iki komandaya uğurlar arzulayıram”.


- 90 dəqiqə ərzində dəyişiklik etməməyinizin səbəbi nə idi?

- Sona yaxın düşündük. Ehtiyat etdik ki, sistem pozula bilər. Həm də belə havada sonradan oyuna girənlərdə nəfəs almaqda çətinlik olur. Ümumiyyətlə səfər komandaları üçün Qəbələdə oynamaq həmişə çətin olub. Sona kimi oyunu pozmamağa çalışdıq. Rəqib tam qapanmışdı. Sürətə çox da ehtiyac yox idi. İstədik ki, futbolçular 90 dəqiqə oyunun gərginliyini hiss etsinlər.


- Kubokun "Sabah"la oyununun cəzaları açıqlandı. Belə ağır cəza və cərimələr gözləyirdiz?

- Belə qərar veriblər. Əgər aqressiv hərəkətimiz olubsa, özümüzü hansısa epizoda görə haqlı çıxara bilmərik. Çünki oyunçularımız aqressiv hərəkət ediblər, hakimı təzyiq göstəriblər. Qərar verilib, biz də razılaşmalıyıq.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR