son dəqiqə SON DƏQİQƏ
İsrail mediasının qorxduğu ssenari: "Sabah" ilk qolu vursa..." Bölgə klubunda yeni əməkdaşlıq "Qarabağ" zədəli futbolçuları ilə bağlı açıqlama yayıb - "Qarabağ" İSRARLIDIR: Klubdan braziliyalı üçün növbəti "Sabah"la vacib qarşılaşmadan öncə "Hapoel" dini ayin keçirib - Azərbaycan badmintonçuları Gürcüstanda 17 medal qazanıblar Beynəlxalq ekspert Azərbaycanda işləməyə razılıq verib - "Bütün Azərbaycan bizə inanır, ona görə də qalib gəlməli idik" Kamerunlu hücumçu "Xankəndi"də Sabiq "Neftçi"li 40 yaşında bu klubla müqavilə imzalayıb "Xankəndi"dən "Marafona"a Bütün futbolçularla yolları ayıran "Şəmkir"dən ilk transfer - "Qarabağ" məlumat yayıb: Pley-off matçının startına 1 saat qalmış... Bu ölkələrin azarkeşləri Bakıya gəlir - ÇL: "Sabah"ın matçı penaltilər seriyasına qədər davam etsə... Millimizin üzvü: "Bəzi məqamlarda qəbulda çətinliklər yaşadıq, lakin..." "Gəncə"də iki yeni müqavilə Avropa Çempionatı: Bu gün C qrupunun daha iki oyunu keçiriləcək Çempionlar Liqası: Pley-offun cavab oyunlarına start verilir - Günün oyunları: "Sabah" pley-off mərhələsinin cavab qarşılaşmasına çıxacaq - Premyer Liqa klublarının yay transferləri Maradonanın məşhur qolunun topu 3,3 milyon dollara alındı BOS-da Təhlükəsizlik konfransı keçirildi FİDE rəsmisi Afrikada vəfat edib “Nitsa”dan “Hamburq”a Azərbaycan millisi pley-offa yüksəldi I Liqada klubunu dəyişdi

Kaxaber Tsxadadze: “Ona görə turnir cədvəlində bu yerdəyik”

Bölmə adı Premyer Liqa
Yayımlandı 9-05-2026, 21:57

Misli Premyer Liqasının XXXI turunda "Qəbələ" "Qarabağ"la qarşılaşıb - 1:1.


Sport1.az xəbər verir ki, matçdan sonra "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib.


"Futbolçulara təşəkkür edirəm. Bizim üçün çox vacib oyun idi. Onlar bu matçın əhəməyyətini başa düşürdülər. Vacib 1 xal qazandıq. Oyunçular bütün gücləri ilə mübarizə apardılar. "Qarabağ" meydana ən güclü heyətlə çıxmışdı. Premyer Liqada belə heyətlə sonuncu dəfə nə vaxt oynadıqlarını xatırlamıram. Onlar Çempionlar Liqasında möhtəşəm nəticələr göstəriblər. Bütün bunlar Qurban Qurbanovun əməyinin nəticəsidir. Uzun müddətdir ki, "Qarabağ"da çalışır. Deyərdim ki, Azərbaycan futbolu onun sayəsində Avropada və dünyada təmsil olunur. Bizim oyuna gəlincə, qol vəziyyətləri yaratdıq. Futbolçular yaxşı oynadılar. Səlahət Ağayevi xüsusi qeyd edərdim. Penaltidə komandanı qoldan xilas etdi. Qarşıda daha iki oyunumuz var. Hər ikisi finala bərabər matçlardır. Tez bərpa olunmalı və növbəti oyuna hazırlaşmalıyıq. Belə yüksək səviyyəli komandaya qarşı dolu tribunaların qarşısında oynamaq olduqca xoş idi. Sona qədər komandanı dəstəklədikləri üçün azarkeşlərə təşəkkür edirəm".


- Rəqibin "Qarabağ" olması futbolçularda əlavə motivasiya yaratmışdı?
- Milli fasilədən sonra bərbad oynadığımız matç olmayıb. "Sumqayıt"a qarşı əla oyun keçirmişdik. Bir səhv etdik, o da qolla nəticələndi. "Zirə" ilə matçı qeyd edə bilərəm. Futbolçular xarakter göstərdilər. Sadəcə bir az bəxtimiz gətirmədi. Bəli, bəzi qarşılaşmalar olmuşdu ki, narazı qalmışdım. Ona görə də turnir cədvəlində bu yerdəyik. Amma son oyunların hamısında futbolçular xarakter göstəriblər.


- Turnir cədvəlinə baxanda demək olar ki, "Qəbələ" I Liqa təmsilçisi ilə pley-off matçına çıxacaq?
- Hazırda yalnız növbəti oyunu düşünürük. Bizim üçün ən vacib olan növbəti matçdır.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR