son dəqiqə SON DƏQİQƏ
"Qarabağ" İSRARLIDIR: Klubdan braziliyalı üçün növbəti "Sabah"la vacib qarşılaşmadan öncə "Hapoel" dini ayin keçirib - Azərbaycan badmintonçuları Gürcüstanda 17 medal qazanıblar Beynəlxalq ekspert Azərbaycanda işləməyə razılıq verib - "Bütün Azərbaycan bizə inanır, ona görə də qalib gəlməli idik" Kamerunlu hücumçu "Xankəndi"də Sabiq "Neftçi"li 40 yaşında bu klubla müqavilə imzalayıb "Xankəndi"dən "Marafona"a Bütün futbolçularla yolları ayıran "Şəmkir"dən ilk transfer - "Qarabağ" məlumat yayıb: Pley-off matçının startına 1 saat qalmış... Bu ölkələrin azarkeşləri Bakıya gəlir - ÇL: "Sabah"ın matçı penaltilər seriyasına qədər davam etsə... Millimizin üzvü: "Bəzi məqamlarda qəbulda çətinliklər yaşadıq, lakin..." "Gəncə"də iki yeni müqavilə Avropa Çempionatı: Bu gün C qrupunun daha iki oyunu keçiriləcək Çempionlar Liqası: Pley-offun cavab oyunlarına start verilir - Günün oyunları: "Sabah" pley-off mərhələsinin cavab qarşılaşmasına çıxacaq - Premyer Liqa klublarının yay transferləri Maradonanın məşhur qolunun topu 3,3 milyon dollara alındı BOS-da Təhlükəsizlik konfransı keçirildi FİDE rəsmisi Afrikada vəfat edib “Nitsa”dan “Hamburq”a Azərbaycan millisi pley-offa yüksəldi I Liqada klubunu dəyişdi Velko Simiç: “Biz böyük komandayıq” Bakıdakı mundialın hakimləri müəyyənləşib Dambrauskas: “Ötən görüşdəki səhvlərdən nəticə çıxarmışıq”

“Neftçi” çempion oldu

Bölmə adı Futbol / Azərbaycan
Yayımlandı 10-05-2026, 09:56

AFFA U-15 Liqasında 2025/2026-cı illər mövsümünün qalibləri mükafatlandırılıb.


Sport1.az xəbər verir ki,Neftçi” Futbol Mərkəzində təşkil edilən tədbirdən əvvəl sonuncu turun oyunları baş tutub. A Liqasının 10-cu turunun son qarşılaşmalarında “Ulduz” “Neftçi”ni 2:1, “Sabah” isə EFA-nı 3:1 hesabı ilə məğlub edib.


Beləliklə, “Neftçi” 24 xalla mövsümü çempion kimi, “Sabah” 22 xalla ikinci, “Ulduz” isə 20 xalla üçüncü pillədə başa vurub.


Matçların ardından mükafatlandırma mərasimi baş tutub. Çempionatda 3-cü yeri tutan “Ulduz” bürünc, 2-ci pillənin sahibi “Sabah” gümüş medallarla təltif olunub. Çempion “Neftçi”yə isə qızıl medallar və kubok təqdim edilib.


Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. Aktivinə 27 qol yazdıran “Karvan-Yevlax”ın futbolçusu Ramil İsmayıllı ən məhsuldar oyunçuya verilən mükafatın sahibi olub. İştirakçı komandalar arasında keçirilmiş sorğuya əsasən, mövsümün ən yaxşı oyunçusu isə “Neftçi”nin üzvü Kənan Əzimov seçilib.

Mükafatları AFFA-nın baş katibi Cahangir Fərəcullayev və Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov təqdim ediblər.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR