son dəqiqə SON DƏQİQƏ
"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı - “Qarabağ”dan iki yeni transfer UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb - ÇL: “Sabah”ın rəqibləri bəlli oldu Almaniya millisinin üzvü “Aston Villa”da Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer

Qurban Qurbanov: "Nəriman Axundzadənin komandadan getməsi ürəkaçan deyil"

Bölmə adı Premyer Liqa
Yayımlandı 10-02-2026, 17:24

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin "Qarabağ"dan getməsi komanda üçün ürəkaçan hal deyil.


Sport1.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XIX turunda səfərdə "Şamaxı"nı məğlub etdikləri (2:1) oyundan sonra mətbuat konfransında deyib


O, 21 yaşlı hücumçunun ABŞ təmsilçisi "Kolumbus Kru"ya mümkün keçidi ilə bağlı danışıb:


"Nəriman kimi futbolçunun komandadan getməsi bizim üçün ürəkaçan deyil. Amma son vaxtlar məlum məsələlərə görə bu, lazım idi. Çünki oyunçu özündə deyildi. Hər gün fərqli fikirdə idi, qarşısına nəsə çıxırdı, yazılanları oxuyub gəlirdi. Nəriman komandanın ən məhsuldar oyunçulardan biridir. Onun getməyinə ehtiyac yarandı ki, öz oyununu yenidən tapsın. Nəriman mənə lazım olan futbolçudur, sıx qrafikdə ona ehtiyacım var idi. Amma edəcək bir şey yoxdur. Təki transfer alınsın, onun üçün yaxşı olsun. Nəriman Axundzadə böyümək üçün son iki ildə çox əziyyət çəkib".

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR