
MLS təmsilçisi “Kolumbus Kryu”ya transfer olunan Nəriman Axundzadənin yeni komandasında hansı nömrə ilə çıxış edəcəyi bəlli olub.
Sport1.az xəbər verir ki, Azərbaycan millisinin 21 yaşlı hücumçusu ABŞ klubunda 90 nömrəli formanı seçib.
Qeyd edək ki, o, “Qarabağ”da 7 nömrə ilə oynayırdı. Müqaviləyə əsasən, gənc forvard 2029-cu ilin 30 iyun tarixinədək “Kolumbus Kryu”nun şərəfini qoruyacaq.