
Nəriman Axundzadə yeni klubunda ilk oyununa çıxıb.
Sport1.az xəbər verir ki, MLS-in 4-cü turunda "Kolambus Kryu" "Toronto"nun qonağı olub.
Matçın 88-ci dəqiqəsində millimizin üzvü meydana çıxıb. O, Andre Qomeşi əvəzləyib.
Bununla da Nəriman Axundzadə MLS-də meydana çıxan ilk azərbaycanlı adına sahib çıxıb.
Qeyd edək ki, matç "Kolambus Kryu"nun məğlubiyyəti (1:2) ilə yekunlaşıb.