son dəqiqə SON DƏQİQƏ
Bölgə təmsilçisi hücumçusu ilə müqavilə yenilədi Stadionda idman edən şəxs dünyasını dəyişdi Daha bir Azərbaycan klubu loqosunu dəyişdi Avropa ikincisi olmuş azərbaycanlı müvəqqəti güləşdən uzaqlaşdırıldı "Sabah"ın kritik pley-off matçının hakim təyinatları açıqlanıb "Xankəndi" müdafiəçi transfer edib Millimiz növbəti matçına çıxır Günün oyunları: "Araz-Naxçıvan" "Neftçi"yə qarşı, "Şamaxı" "Turan Tovuz" səfərində - "Şəfa" ilk qələbəsini belə qazandı "Zirə"dən ardıcıl 2-ci qalibiyyət DÇ: Ayxan Həsənlidən gümüş medal Premyer Liqa klublarının yay transferləri Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal "Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil" Fərid Namazov: “Fərdi səhvlər etdik” MPL: "Şəfa" Qəbələ səfərindən 3 xalla qayıdır, "Zirə"dən inamlı qələbə - AVRO-2026: Belçika və Niderlanddan qələbə Kaxaber Tsxadadze: “Futbolçular hələ çempionatın səviyyəsini dərk etməyib” Zaur Həşimov: “Yeni transfer planlaşdırılmır” Güləşçimiz Dünya Çempionatının finalında Zirədə heyətlər bəlli oldu Kanoeçimiz Polşada keçiriləcək Dünya Çempionatında iştirak edəcək “Leypsiq”dən “Atalanta”ya “Qəbələ” - “Şəfa”: Dünya Çempionatında 4 cüdoçumuzun rəqibləri bəlli oldu “Gəncə”dən yeni transfer “Sevilya” gürcü futbolçunu transfer etdi

"Bavariya" Almaniya millisinin üzvü ilə anlaşdı

Bölmə adı Futbol / Almaniya
Yayımlandı 11-04-2025, 19:22

"Bavariya" mövsümün sonunda müqaviləsi başa çatan Leroy Sane ilə anlaşıb.

Sport1.az xəbər verir ki, Bundesliqanın lideri almaniyalı vingerlə yeni sözləşmə barədə razılıq əldə edib. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Sanenin maaşı azaldılacaq. 29 yaşlı ön xətt oyunçusu illik 10 milyon avro maaş alacaq. Onunla 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq.

Qeyd edək ki, "Bavariya" Leroy Saneni 2020-ci ilin yayında "Mançester Siti"dən transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Sport1.az