
“Reyncers”in kapitanı Ceyms Tavernyer mövsümün sonunda komandadan ayrılacaq.
Sport1.az xəbər verir ki, ingiltərəli müdafiəçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
34 yaşlı futbolçu 11 illik "Reyncers" karyerasını sona çatdırmağın asan olmadığını bildirib.
Qeyd edək ki, Tavernyer 2015-ci ildən Qlazqo təmsilçisində çıxış edir. O, bu mövsüm 49 oyunda 14 qol vurub, 6 məhsuldar ötürmə edib.