son dəqiqə SON DƏQİQƏ
Maradonanın məşhur qolunun topu 3,3 milyon dollara alındı BOS-da Təhlükəsizlik konfransı keçirildi FİDE rəsmisi Afrikada vəfat edib “Nitsa”dan “Hamburq”a Azərbaycan millisi pley-offa yüksəldi I Liqada klubunu dəyişdi Velko Simiç: “Biz böyük komandayıq” Bakıdakı mundialın hakimləri müəyyənləşib Dambrauskas: “Ötən görüşdəki səhvlərdən nəticə çıxarmışıq” “Səbail” toplanışı qalib başa vurdu MPL: III turun oyun cədvəli açıqlanıb “Hapoel”in qapıçısı: “Tamamilə bu oyuna köklənmişik” “Hapoel”in baş məşqçisi: “ Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik” I Liqa klubundan yeni transfer Bakıda SUP üzrə turnir keçirilib Bölgə klubunda yeni baş məşqçi AÇ: Niderlanddan ikinci qələbə Millimizin sabiq üzvü Azərbaycandan getdi, bu klubla müavilə imzaladı Avropa Birinciliyi: Kamran Xappayev Kosovoda bürünc medal qazanıb Dünya Çempionatı: İdmançılarımız yarışı 2 medalla başa vurub Poznan şəhərində ölkəmizi təmsil edəcək idmançının adı açıqlanıb Misli Premyer Liqasında çıxış etmiş oyunçu bu klubla müqavilə imzalayıb Mahmud Qurbanov millidə - Milli üzvü sonradan oyuna daxil oldu, komandası heç-heçə etdi "Sabah"la kritik qarşılaşmada neçə "Hapoel" azarkeşi Bakıya gələcək? "Turan Tovuz" azarkeşləri bu dəfə də diqqət mərkəzində - "Gəncə"də 3 ayrılıq - Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək -

Pokatilov "Sabah"ın "Qarabağ"ı nokauta saldığını düşünür - MÜSAHİBƏ

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 5-06-2025, 10:47

“Sabah”ın qolkiperi Stas Pokatilov Sport1.az–a müsahibəsi...

- Kubokun finalında gərgin keçən 120 dəqiqə izlədik. “Qarabağ”a qalib gəldiyiniz oyun barədə nə deyə bilərsən?
- Çətin və drammatik qarşıdurma oldu. Çox əziyyət çəkdik, amma buna dəydi. Çalışdıq, döyüşdük və azarkeşlərimizə gözlədikləri zəfəri bəxş etdik.

- Rəqibi 90 dəqiqə ərzində məğlub etmək mümkün deyildi?
- Düşünürəm ki, matçın əsas vaxtında həm onların, həm də bizim qələbə qazanmaq şansı vardı.
Əvvəlcə rəqib, sonra isə biz hesabda geri düşdük. Ancaq əsas vaxtın son dəqiqəsində bərabərlik qolunu vurmaqla qarşılaşmanı əlavə vaxta daşıdıq. Əlavə olunmuş ikinci hissənin son saniyələrində 3-cü qolumuzu vurmaqla rəqibə nokaut yaşatdıq. Hesab edirəm ki, 120 dəqiqəlik oyundan azarkeşlər zövq aldılar.

- Oyunda hər iki tərəfin penalti vurmaq şansı olsa da, həm sən, həm də həmkarın Koxalski qola imkan vermədi. Bu barədə nə deyərdin?
-Düşünürəm ki, həm mən, həm də rəqib komandanın qapıçısı üzərimizə düşən işi yerinə yetirdik. Hələ penalti də dəf etdik (gülür).

- Sənin gəlişinlə “Sabah” tarixində ilk dəfə titul qazandı. Bunu özün üçün ikiqat xoşbəxtlik hesab edirsən?
- Əlbəttə, bu, mənim üçün çox xoşdur. Həm də karyeramda da yeni səhifədir. Şadam ki, “Sabah”ın ilk titulunu qazanlar sırasındayam.

- Müqavilən bitir. “Sabah”da qalacaqsan?
- Bu barədə indidən nəsə deyə bilmərəm. Bir çox faktorlar var ki, onları müzakirə etmək lazımdır. Tezliklə rəhbərliklə masa arxasında əyləşib, danışıqlar aparacağıq.

MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR