Yeniyetmə oğlan boksçulardan ibarət Azərbaycan millisi Türkiyəyə yollanıb.
Sport1.az xəbər verir ki, komandamız Rizədə təlim-məşq toplanışı keçəcək.
Məşqçilər korpusu U-17 Avropa Çempionatı öncəsi son hazırlıqda 13 boksçunu yoxlayacaq.
Azərbaycan, Türkiyə və Gürcüstan yığmalarının qatılacağı beynəlxalq toplanış sentyabrın 7-də yekunlaşacaq.
Rizədə sınaq döyüşləri də planlaşdırılır.