22:25 18.04.2026 81

Dambrauskas: “Final təcrübəsi yaşamağı çox istəyirik"

Misli Premyer Liqasının XXVIII turunun "Qarabağ" - "Sabah" matçından (0:1) sonra qonaqların baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.


Sport1.az xəbər verir ki, mütəxəssis oyun haqqında fikirlərini bölüşüb:


"Komandamı təbrik etmək istəyirəm. Xüsusilə də oyunçularımı. Çox güclü rəqibin meydançasında, avrokuboklarda qrup mərhələsində çıxış etmiş komandaya səfərdə qalib gəlmək çox çətin idi. Öz oyunçularıma böyük hörmətlə yanaşıram. Bilirdik ki, bizim üçün ağır oyun olacaq. Birinci hissədə daha çox istəkli olan, istədiklərini həyata keçirən tərəf biz idik. İkinci hissədə komandamın verdiyi reaksiya xoşuma gəldi. Hesabda öndə olmağa layiq tərəf biz idik. Oyunçularım boşluqları bağladı, rəqib heç nə ilə yadda qalmadı. İkinci hissədəki oyun nümunəvi oyun idi. Hansısa akademiyalarda, hansısa məşqçi kurslarında göstəriləcək oyundur. Sabahdan etibarən bərpa məşqlərimizə başlayacağıq. Yarımfinalda eyni rəqiblə qarşılaşacağıq. Hər iki komandanın böyük istəyi var. Final təcrübəsi yaşamağı çox istəyirik".


- "Qarabağ" Avropada və yerli liqada rəqiblərin qapısı qarşısında çox sadə epizodlar yarada bilən komandadır. Bu gün hansı detalları yaxşı işlədiz ki, onlar sizin qapınız qarşısında epizod yarada bilmədi?
- Detallar barədə danışsaq, çərşənbəyə qədər danışaram. Çox detallar var idi. Bu detalları icra etmək üçün mənə görə iki ən önəmli prinsip var. Bunlarda biri ürəyini meydanda qoymaqdır. Taktiki çox şey danışa bilərsən. Amma oyunçular qaçmayacaq, fokuslanmayacaqsa, oyuna köklənməyəcəklərsə, xeyri olmayacaq. İkincisi, formalarındakı adlarıdır. Bunun üçün oynamalıdırlar. Elə etməlidirlər ki, ailələri, övladları, hər kəs onlarla qürur duysun. Bu qrup futbolçuları məşq etdirməkdən məmnunam. 26-27 oyundur ki, uduzmuruq. Sizi bizim məşqlərə dəvət etsəm, görsəz, bəzən məşqlərdəki intensivlik, mübarizlik oyunlardakından da çox olur. Bu davranış belə qələbələrdə açardır. Hamısı mənim oyunçularımın əməyidir. Düzdür, "Qarabağ" ötürmələri verdikdən sonra cinahlarda ikiyə iki qaldıqda heç bir oyunçularımızı keçə bilmədilər.


- "Sabah"ın Çempionlar Liqasında üzərinə böyük yük düşəcək. Sizcə, komanda bunun öhdəsindən gələ biləcək?
- Hazırda bu barədə düşünmürük. Avropada necə olacaq, məsuliyyətimiz necə olacaq, hazırda mənim üçün önəmli deyil. Heç bilmirik ki, hansı komandalarla düşəcəyik. Daha çox öz oyunlarımıza köklənirəm. Səhvlərimizi axtarıram. Biz çərşənbə günü çox yaxşı çıxış edib, finala yenə çıxmalıyıq.


- Mikelsin durumu necədir?
- Hazırda bilmirəm. Tibbi heyətlə bu barədə danışmalıyam. Ciddi zədəyə oxşayır. Xəstəxanaya aparırlar indi. Sonra nələrsə bilmək olar.


- Dediniz ki, məşqlərimizə gəlsəz, futbolçularımızın döyüşkənliyini görərsiz. Təklif edirəm ki, "Qarabağ"la oyundan öncə media və azarkeşlər üçün açıq məşq keçirəsiniz..
- Eşitdiyim ən yaxşı suallardan biri idi. Hazırda bizdə intensiv məşqlər olmayacaq. Çünki 2 bərpa məşqi keçəcəyik. Məndən asılı deyil, rəhbərliklə danışmaq olar. Niyə də olmasın? "Qarabağ"la oyundan öncə söz vermirəm. Digər oyunlardan qabaq danışmaq mümkündür.


- Sizə görə Abdulla Xaybullayev qəhrəmandır, yoxsa antiqəhrəman?
- Bu sual da çox yaxşı sualdır. Bunu həmişə paltardəyişmə otağında da demişəm, o, bizim üçün çox önəmli oyunçudur. Abdulla məşqdə təkcə ürəyini yox, bədənin bütün hüceyrələrini verir. Çox yaxşı oynayır, çox səbirli oyunçudur. Ona ehtiyacımız olduğu vaxtda meydançada 100 yox, 110 faizini verəcək biridir. Hamıya deyirəm ki, hazır olsunlar, o fürsəti istifadə etsinlər. Bilirdik ki, Umarali bu gün oynamayacaq. Abdulla da bu fürsətdən yaxşı istifadə etdi. O, bizim üçün nümunəvi oyunçudur. İkinci hissədə bir balaca bizə zərər verdi, 10 nəfərlə qaldıq. Qırmızı vərəqələr, səhvlər futbolun bir parçasıdır. Amma heç vaxt oyunçularımızı günahlandırmırıq, çalışırıq ki, onların səhvlərini düzəldək, düzgün yolu onlara göstərək. Fikrimcə, Abdulla komandamızın önəmli oyunçusudur.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

01:05

DÇ-2026: Ev sahibi açılış matçını qalib başa vurdu

23:58

DÇ-2026: Argentina millisinin heyətində dəyişiklik

23:27

Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat alıb

22:57

“Benfika”nın hücumçusu Türkiyə yolunda

22:24

Mourinyo yenidən “Real”da - RƏSMİ

21:47

DÇ-2026: Açılış mərasimi başlayıb

21:37

Millimizin üzvü dünya reytinqinin zirvəsində

20:58

Premyer Liqaya yüksəldi - LOQOSUNU DƏYİŞDİ

20:38

I Liqa klubunda yeni müqavilə

20:23

Stolüstü tennis üzrə Liqa turniri başa çatıb

19:58

Millilərimizin rəqibləri bəlli oldu

19:27

“Lill”in futbolçusu “Sabah”da - RƏSMİ

19:04

“Sabah”dan “Zirə”yə - RƏSMİ

18:54

“Şamaxı”dan növbəti transfer - RƏSMİ

18:15

Daha bir klub avrokubok oyunlarını Sumqayıtda keçirəcək - ÖZƏL

18:00

Bundesliqa təmsilçisindən transfer

17:32

İran mundial oyunlarını boykot edə bilər

17:31

"Qarabağ"da İdarə Heyətinin iclası keçirildi

17:07

Premyer Liqaya yüksələn klub baş məşqçini göndərdi

16:48

Ölkə çempionatı keçiriləcək

16:29

"Mançester Siti" sabiq futbolçusunu istəyir

16:12

"Karvan-Yevlax"da daha iki ayrılıq

16:06

Premyer Liqa klubu cərimələndi

15:45

"Beşiktaş"dan 9 milyonluq təklif

15:23

Klub tarixinin ən bahalı transferi

15:05

"Sabah"ın futbolçusu əməliyyat olundu

15:01

Millimiz FIFA reytinqində gerilədi

14:34

Mundialın tarixinə düşməyə hazırlaşırlar

14:04

PSJ ulduz futbolçunu heyətinə qatmağa çalışır

13:50

Elitaya yüksələn klub alban məşqçi gətirdi

13:30

Klub sahibinə sərt cəza

13:05

"Qarabağ"da yeni müqavilə - RƏSMİ

12:38

70 milyon avroluq tələb

12:19

Rusiya klubu "Qalatasaray"ın müdafiəçisi ilə maraqlanır

12:02

Beynəlxalq transfer qaydalarında dəyişiklik

11:47

Mbappe tənqid hədəfinə çevrildi

11:30

Kasilyas sabiq klubunu məhkəməyə verdi

11:11

Tevesi Sampaoli əvəzlədi

10:49

"Zirə"də beş müqavilə

10:30

Baş məşqçi ilə yeni müqavilə

10:10

"Real"ın sabiq baş məşqçisi hansı klubla danışıq aparır?

09:50

FİFA-ya qarşı araşdırma

09:29

18 yaşlı hücumçu "Barselona"da

09:01

Dünya çempionatı start götürür

00:47

Sabiq “Fənərbaxça”lı “Şaxtyor”da

23:53

Kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçirilib

23:24

“Şamaxı”dan növbəti transfer

22:56

Beynəlxalq turnirlərdə medal qazanan parataekvondoçularla görüş keçirilib

22:40

Lənkəranda güləş festivalı baş tutub

21:57

Batut gimnastikası və tamblinq üzrə ölkə çempionatı keçirilib

21:21

“Yunayted”də kütləvi ayrılıq - RƏSMİ

20:58

“Tottenhem”dən yeni transfer

20:36

Yelkən komandamız Optimist Dünya Çempionatında iştirak edəcək

20:20

Karateçilərimizdən Avropa çempionatında 8 medal

19:53

8 şahmatçımız Dünya Kubokunda çıxış edəcək

19:22

“Turan Tovuz”da ayrılıq - RƏSMİ

18:57

“Benfika”nın yeni baş məşqçisi açıqlanıb

18:25

DÇ-2026: Avstraliya - Türkiyə matçının hakimi bəlli oldu

18:00

Məşhur qapıçı ilə yeni müqavilə

17:30

London klubunda ayrılıq

17:09

"Şəfa"da daha üç futbolçu ilə vidalaşdı

17:07

Şahmatçılarımız Dünya Kubokunda

16:49

Baş məşqçi postuna yeni namizəd

16:20

Bölgə klubu daha bir legioneri göndərdi

16:06

Kapitan növbəti oyunlar üçün söz verdi

15:47

Türkiyə millisində zədəli futbolçuların durumu

15:28

Federasiyadan yeni layihə

15:05

200 milyonluq təkliflər nəzərdən keçiriləcək

14:44

Mundialla bağlı 117 min nəfər təlimə cəlb olundu

14:23

Millimiz hansı səbətdə yer alacaq?