“Neftçi”nin matçında lal, kar, kor VAR - VİDEO

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 18-04-2026, 00:17

“Neftçi” Misli Premyer Liqasının XXVIII turu çərçivəsində səfərdə “Zirə” ilə üz-üzə gəlib.


Sport1.az xəbər verir ki, iki qolun vurulduğu matçda qalib müəyyənləşməyib – 1:1.


Oyun gərgin anlarla yadda qalıb. Belə ki, görüşün 90-cı dəqiqəsində ev sahiblərinin yeganə qolunun müəllifi Brahim Konatenin epizodu zamanı komanda yoldaşı Ruan “ağ-qaralar”ın qapıçısı Kenan Piriçin baxış bucağını məhdudlaşdırıb.


Həmçinin, qolun müəllifi olan fransalı oyunçunun ofsaydda olduğu həm hakimlər briqadası, həm də VAR tərəfindən qeydə alınmayıb.


Həmin anları sizə təqdim edirik:


Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR