son dəqiqə SON DƏQİQƏ
Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib - "Böyük Dəbilqə": Cüdoçularımız bu gün mübarizəyə start verirlər I Liqa klubunda legioner hücumçu "Sumqayıt"ın ənənəvi Yay Futbol Düşərgəsinə start verilib - AÇ: Yığmamız sonuncu oyuna çıxır Günün oyunları: "Qarabağ" "Tvente"yə məğlub oldu, avrokuboklarla vidalaşdı - Premyer Liqa klublarının yay transferləri Muradın komandası əsas mərhələdə, Mahir KL-lə sağollaşdı UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilib - “Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi”

Rəşad Sadıqov: “Neftçi"dən üzr istəyirəm"

Bölmə adı Premyer Liqa
Yayımlandı 17-04-2026, 21:56

Misli Premyer Liqasının XXVIII turunun "Zirə" - "Neftçi" matçından (1:1) sonra ev sahiblərinin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.


Sport1.az xəbər verir ki, mütəxəssis oyunla bağlı fikirlərini bildirib:


"Bilirdik ki, maraqlı oyun olacaq. İki layiqli rəqib qarşılaşırdı. Oyun bizim üçün pis başladı. Öz səhvlərimizdən epizodlar verdik. 15-20 dəqiqədən sonra oyunu bərabərləşdirdik. İkinci hissəyə yaxşı başladıq, daha fəal oynadıq. Yaxşı oynadığımız dəqiqələrdə qol buraxdıq. Məyusedici oldu. Amma ondan sonra komandamın verdiyi reaksiya möhtəşəm idi. Son dəqiqədə qol vurduq. Mənim üçün qüruruvericidir. Futbolçularımı təbrik edirəm. Üç gündən sonra daha bir önəmli oyun bizi gözləyir. Tez bir zamanda o matça fokuslanacağıq. Oyundan sonra "Neftçi"nin oyunçularından üzrxahlıq etdim. Epizodu görmədim. Amma bildirdilər ki, Konate onların ehtiyat skamyasının yanında qolu aşkar şəkildə qeyd edib. "Neftçi" çox yaxşı münasibətlərimiz olan klubdur. Fürsətdən istifadə edib baş verənlərə görə "Neftçi"dən üzr istəyirəm". 


- Son dəqiqələrdə vurduğunuz qolu necə şərh edərdiniz? Ümumiyyətlə, yaranmış vəziyyəti...

- Deyilənə görə, ehtiyat oyunçuların qarşısında qolu qeyd edib. Mən də arxaya dönmüşdüm. Nə baş verdiyini görmədim. Qol epizoduna görə nəsə deyə bilmərəm. Epizoda baxmamışam. Bəlkə də ofsayddır, bir şey deyə bilmərəm.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR