“Qarabağ”dan azarkeşlərə növbəti jest

Bölmə adı Premyer Liqa
Yayımlandı 14-04-2026, 23:52

Misli Premyer Liqasının XXVIII turu çərçivəsində "Qarabağ"ın “Sabah” ilə keçiriləcək ev oyununda xanım azarkeşlər üçün giriş tamamilə pulsuz olacaq.



Sport1.az xəbər verir ki, bu barədə klubun rəsmi sosial media hesabından paylaşım edilib.



Qeyd olunub ki,"Sabah" ilə oyununda "Qarabağ"a dəstək olmaq istəyən xanım azarkeşlər üçün stadiona giriş sərbəstdir.


Xanımların biletlərini mütləq şəkildə 16,17,18 aprel tarixlərində stadionun kassalardan və ya Park Bulvar AVM-in 2-ci mərtəbəsində yerləşən "Qarabağ" fanşopundan əldə etmələri vacibdir.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR