
AFFA U-19 Gənclər Liqasında A qrupunun IV turunun bir oyunun keçirilməmə ehtimalı var.
Sport1.az-a daxil məlumata görə, söhbət "Turan Tovuz" - "Zirə" matçından gedir.
Buna səbəb Şəmkirdə oynanılması nəzərdə tutulan görüşə AFFA Hakimlər Komitəsi tərəfindən qarşılaşmaya hakim göndərilməməsi olub.
Nəticədə oyun təşkil olunması sual altına düşüb. Həm "Turan Tovuz", həm də "Zirə" qurumun verəcəyi qərarı gözləyirlər.
Komitə tərəfindən komandalara verilən açıqlama AFFA-nın və HK-nin qeyri-peşəkar qurumlar olduğunun isbatıdır:
"Oyunun bu gün keçiriləcəyini bilmirdik".