son dəqiqə SON DƏQİQƏ
Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib - "Böyük Dəbilqə": Cüdoçularımız bu gün mübarizəyə start verirlər I Liqa klubunda legioner hücumçu "Sumqayıt"ın ənənəvi Yay Futbol Düşərgəsinə start verilib - AÇ: Yığmamız sonuncu oyuna çıxır Günün oyunları: "Qarabağ" "Tvente"yə məğlub oldu, avrokuboklarla vidalaşdı - Premyer Liqa klublarının yay transferləri Muradın komandası əsas mərhələdə, Mahir KL-lə sağollaşdı UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilib - “Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi”

Son 16 mövsümdə ilk: 2-ci het-trik

Bölmə adı Futbol / Premyer Liqa
Yayımlandı 13-04-2026, 11:41

Misli Premyer Liqasında mövsümün 4-cü het-triki qeydə alınıb.



Sport1.az xəbər verir ki, Rauf Rüstəmli XXVII turun “Karvan-Yevlax” – “Kəpəz” qarşılaşmasında (4:1) qonaqların qapısına 3 qol vurub.


Mövsümün əvvəlki 27 turunda 3 belə hadisə yaşanıb. “Qarabağ”ın futbolçuları Toral Bayramov V turda “Araz-Naxçıvan”ın (5:0), Kamilo Duran XXVII turda “Karvan-Yevlax”ın (7:0), “Qəbələ”nin legioneri Domi Massumo XVIII turda “İmişli”nin (3:2) qapısına üç dəfə yol tapıb.


Rauf Toraldan sonra cari mövsümdə het-trik edən ikinci azərbaycanlı olub. Bununla da son 16 ildə ilk dəfə birdən çox yerli statusa malik futbolçu het-trik edib.


Sonuncu dəfə 2009/10 mövsümündə belə hadisə yaşanıb. Həmin çempionatda 3 yerli oyunçu - Samir Musayev, Nadir Nəbiyev və Fərid Quliyev het-trikə imza atıb.


Sonrakı illərdə bir yerli futbolçunun iki het-trikinə təsadüf olunub. Amma iki oyunçunun belə uğur qazanması yaşanmayıb.


Qeyd edək ki, Rauf həm də “Karvan-Yevlax”ın Premyer Liqa tarixində ilk het-trik müəllifidir. Həmin matçdakı nəticə isə Yevlax təmsilçisinin yüksək dəstədə ilk böyükhesablı qalibiyyəti və ilk ev qələbəsi kimi də də tarixə düşüb.







Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR