son dəqiqə SON DƏQİQƏ
Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib - "Böyük Dəbilqə": Cüdoçularımız bu gün mübarizəyə start verirlər I Liqa klubunda legioner hücumçu "Sumqayıt"ın ənənəvi Yay Futbol Düşərgəsinə start verilib - AÇ: Yığmamız sonuncu oyuna çıxır Günün oyunları: "Qarabağ" "Tvente"yə məğlub oldu, avrokuboklarla vidalaşdı - Premyer Liqa klublarının yay transferləri Muradın komandası əsas mərhələdə, Mahir KL-lə sağollaşdı UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilib - “Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi”

Saşa İliç: “Qorxaq oyun sərgilədik”

Bölmə adı Azərbaycan / Premyer Liqa
Yayımlandı 12-04-2026, 20:36

Misli Premyer Liqasının XXVII turunda "Sumqayıt" "Turan Tovuz"a məğlub olub - 1:2.


Sport1.az xəbər verir ki, matçdan sonra "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Saşa İliçin mətbuat konfransı keçirilib.


"Mənim Danilo Beskorovaynıy ilə konfliktim haqda yazan jurnalist buradadır? Bu, feykdir. 100 faiz. Burada üç məsələ var ki, hər birində də çox pis hadisədir. Həm oyunçu, həm klub, həm də mənim özüm üçün bu cür yalan xəbərin yayılması pis xəbərdir. Danilonun oynamamasının bununla əlaqəsi yoxdur. Bayram fasiləsində onun Ukraynada bəzi sənəd məsələləri var idi və məşqlərə üç gün gecikmişdi. Oynamaması da sırf bununla bağlıdır".


- Oyun haqda fikriniz necədir?
-
Bu rəqiblə oynamaq hər dəfə çətin olur. İlk 15 dəqiqə bir az qorxaq futbol oynadıq. İkinci hissədəki oyunumuzdan razıyam. Kifayət qədər oyunu kontrol altında saxladıq.

- Birinci hissədəki qorxaq futbol oynamağınız nə ilə bağlı idi?
-
Düzünü deyim, bilmirəm. Ola bilər ki, stadionda ab-hava oyunçularıma təsir etdi. Öz səhvlərimizdən qollar buraxdıq.


- Dini bayramla bağlı sizi təbrik edirəm. Maraqlıdır, dünən kilsədə etdiyiniz dualarınız arasında bugünkü oyun var idi?
-
Hər oyundan qabaq dua edirik ki, qalib gələk. Artıq bizim avrokuboklar şansımız qalmayıb. Ona görə də hər dəfə ümid edirik ki, gözəl oyun göstərək. Hakimlərlə bağlı məsələlər var. Hər dəfə onların səhvi təsirini göstərir. Özünüz də görürsüz ki, hansısa oyunda hansısa epizodda penalti yox idi, ya var idi. Məsələn, "Araz-Naxçıvan"la görüş, "Neftçi" ilə matç. Bu gün də əlavə vaxtı çox artırmaq olardı, amma olmadı. Bu cür kiçik səhvlər də nəticəyə təsir göstərir.


- "Sumqayıt"ın Premyer Liqadan düşmək təhlükəsi haqda düşünürsüz? Çünki "İmişli" bu gün qalib gələrək, sizinlə xal fərqini azaltdı..
-
Düşünmürəm. Təbii ki, hər şey ola bilər. Altı oyun qalıb. Amma inanmıram ki, bu baş versin.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR