son dəqiqə SON DƏQİQƏ
Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib - "Böyük Dəbilqə": Cüdoçularımız bu gün mübarizəyə start verirlər I Liqa klubunda legioner hücumçu "Sumqayıt"ın ənənəvi Yay Futbol Düşərgəsinə start verilib - AÇ: Yığmamız sonuncu oyuna çıxır Günün oyunları: "Qarabağ" "Tvente"yə məğlub oldu, avrokuboklarla vidalaşdı - Premyer Liqa klublarının yay transferləri Muradın komandası əsas mərhələdə, Mahir KL-lə sağollaşdı UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilib - “Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi”

Qismət Alıyev: “Hər xal qızıl dəyərindədir” – MÜSAHİBƏ

Bölmə adı Futbol / Premyer Liqa / Manşet
Yayımlandı 12-04-2026, 12:40

Misli Premyer Liqasının 27-ci turu çərçivəsində "Sabah" - "Zirə" ilə meydandan sülh ilə ayrıldı - 2:2.


Qarşılaşmadan sonra qonaq komandanın kapitanı Qismət Alıyev Sport1.az-a müsahibə verdi.


Həmin müsahibəni təqdim edirik:


– Oyunun əhəmiyyətini necə qiymətləndirirsiniz?

– Oyunun nə qədər önəmli olduğunu yaxşı bilirdik. “Şamaxı” ilə oyunda son saniyədə buraxdığımız qol bizi çox məyus etmişdi. Buna baxmayaraq, bu qarşılaşmaya çox yaxşı hazırlaşmışdıq.


– Bu nəticəni itirilmiş 2 xal kimi qiymətləndirirsiniz, yoxsa qazanılmış 1 xal kimi?

– Hazırkı vəziyyətdə çempionatda hər xal çox önəmlidir. Rəqibimiz həqiqətən güclü komandadır və çempionluq uğrunda mübarizə aparır. Belə komandaya qarşı 1 xal qazanmaq normal nəticədir. Mən bunu daha çox qazanılmış xal kimi qiymətləndirirəm.


– Növbəti rəqibiniz “Neftçi”dir. Artıq 3 oyundur bu komandaya məğlub olmursunuz. Bu seriyanı davam etdirmək və xal fərqini artırmaq mümkündür?

– Bəli, artıq sabahdan etibarən “Neftçi” ilə oyuna köklənəcəyik. Onlar ikinci dövrədən sonra çox yaxşı formaya düşüblər. Düşünürəm ki, bu ilin ən maraqlı oyunlarından biri olacaq. Avrokubok zonası uğrunda mübarizə baxımından çox vacib qarşılaşmadır. Oyuna maksimum hazırlaşıb vacib qələbə qazanmağa çalışacağıq.


– Mövsümün sonuna yaxınlaşdıqca təzyiq artır. Kapitan kimi bu vəziyyəti idarə etmək çətindir?

– Açığı, bu cür gərgin sonluqları komandamız üçün ilk dəfə yaşamırıq. Keçən mövsümdə də son tura qədər avrokuboklar uğrunda mübarizə aparmışıq. Bu baxımdan kifayət qədər təcrübəmiz var. Belə oyunlardan üzüağ çıxmağı bacarmışıq. Bu mövsümdə də Avropa Liqası və ya Konfrans Liqasına vəsiqə qazanmaq üçün sonadək mübarizə aparacağıq.


MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR