
Misli Premyer Liqasında XXVII tura bu gün yekun vurulub.
Sport1.az xəbər verir ki. son oyun günündə iki qarşılaşma baş tutub.
İlk olaraq "İmişli" "Qəbələ"nin qonağı olub. Qəbələ şəhər stadionundakı qarşılaşma saat 15:30-da start götürüb.
Günün ikinci oyununda "Turan Tovuz" "Sumqayıt"ı qəbul edib. Tovuz şəhər stadionunda təşkil olunan görüş saat 18:00-da başlayıb.
Misli Premyer Liqası
XXVII tur
“Qəbələ” – “İmişli” 0:1
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Qəbələ şəhər stadionu, 15:30
“Turan Tovuz” – “Sumqayıt” 2:1
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Tovuz şəhər stadionu, 18:00