“L”Equipe” məlumat yaydı: "Qarabağ" bu futbolçusu ilə yolları ayırır

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 11-04-2026, 08:54

"Qarabağ" yayda əsas fiqurlarından biri ilə yolları ayıracaq.


Sport1.az xəbər verir ki, söhbət Abdulla Zubirdən gedir. 34 yaşlı vinger artıq Qətərin “Al-Şahaniya” klubu ilə müqavilə şərtlərini razılaşdırıb.


Məlumatı Fransanın məşhur “L”Equipe” nəşri yayıb. Qurum tərəflər arasında razılaşmanın detalları haqsa hansısa informasiya yaymayıb.


Qeyd edək ki, Zubirin Ağdam təmsilçisi ilə 2027-ci ilin yayına qədər müqaviləsi var.



Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR