
Misli Premyer Liqasının 27-ci turunda "Neftçi" "Araz-Naxçıvan"ı qəbul edəcək.
Sport1.az-a daxil olan məlumata görə, paytaxt təmsilçisi qarşılaşmadan öncə vacib xəbərə sevinib. Emin Mahmudov zədəsini sağaldaraq sıraya dönüb. Baş məşqçi Yuri Vernidub şans verərsə, kapitan Muxtar Respublika klubu ilə görüşdə meydanda olacaq.
Qeyd edək ki, yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 24 qarşılaşmada meydana çıxıb. Bu görüşlərdə 9 qol vurub, 7 məhsuldar ötürmə edib.
MİRZƏ SAKİT