son dəqiqə SON DƏQİQƏ
Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib - "Böyük Dəbilqə": Cüdoçularımız bu gün mübarizəyə start verirlər I Liqa klubunda legioner hücumçu "Sumqayıt"ın ənənəvi Yay Futbol Düşərgəsinə start verilib - AÇ: Yığmamız sonuncu oyuna çıxır Günün oyunları: "Qarabağ" "Tvente"yə məğlub oldu, avrokuboklarla vidalaşdı - Premyer Liqa klublarının yay transferləri Muradın komandası əsas mərhələdə, Mahir KL-lə sağollaşdı UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilib - “Tvente”nin baş məşqçisi: “İlk oyundakı məğlubiyyətimiz sadəcə şanssızlıq idi”

Xorxe Silva: “İddiamızı sona qədər davam etdirəcəyik!”  – AÇIQLAMA

Bölmə adı Premyer Liqa
Yayımlandı 8-04-2026, 10:23

“İmişli" kimi komandalara qarşı oynamaq hər zaman çətindir”


Bu sözləri Sport1.az-a açıqlamasında “Turan-Tovuz”un üzvü Xorxe Silva Misli Premyer Liqasının 26-cı turunda “İmişli” ilə 1:1 hesablı heç-heçədən sonra dedi.


Futbolçu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bölüşdü:


“Müdafiə tipli oynayan rəqiblərə qarşı oyunlar ağır keçir. Qarşılaşmada nələri səhv və nələri düzgün etdiyimizi analiz etməliyik. Bunun üzərində işləyib daha yaxşı olmağa çalışacağıq.”


Müdafiəçi avroliqa şansları və barədə də danışdı:


“Belə komandalar çoxdur və bu cür oyunlara hazır olmalıyıq. Əsas məsələ öz oyunumuzu inkişaf etdirməkdir. Daha yaxşı olmağa davam etsək, istədiyimiz nəticələri əldə edə bilərik.”


Silva “Zirə” ilə kubok oyunundakı məğlubiyyətə də toxunub və revanş şanslarını dəyərləndirdi:


“Hazırda komanda həmin matça fokuslanıb. Düşünürəm ki, ikinci oyunda daha yaxşı çıxış edə bilərik. Amma ilk növbədə çempionat oyunlarına köklənmişik. Sonra kubok matçına hazırlaşacağıq. Futbolda hər şey mümkündür.”


Təcrübəli oyunçu qarşıdakı çətin oyunlar və komandanın hədəfləri barədə də danışdı:


“Hazırda turnir cədvəlində 3-cü pillədəyik və bu mövqeni qorumağa çalışacağıq. Qarşıda çətin oyunlar var, amma matçdan maça daha yaxşı olmağa çalışırıq. İddiamızı sona qədər davam etdirəcəyik.”


MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR