Yığmamız Moldovanı məğlub edib

Bölmə adı Futbol / Milli
Yayımlandı 8-04-2026, 00:14

Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası ikinci yoldaşlıq oyununa çıxıb.


Sport1.az xəbər verir ki, millimiz Alanya Bələdiyəspor çimərlik stadionunda növbəti dəfə Moldova yığması ilə qarşılaşıb.


Görüş komandamızın 7:3 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində Ramil Əliyev və Sabir Allahquliyev hərəyə 2, Kamran Qürbətov, Elçin Qasımov və Sahib Məmmədov isə 1 qol vurublar.


Qeyd edək ki, komandalar arasında keçirilən ilk yoldaşlıq oyununda millimiz 8:5 hesablı qələbə qazanıb.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR