
"İnter Mayami" yeni stadionunun Şərq tribunasına Lionel Messinin adını verib.
Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xdməti məlumat yayıb.
Bununla da, Messi daha bir ilkə imza atacaq. O, öz adının verildiyi tribunanın qarşısında oynayan ilk aktiv futbolçu olacaq.
Yeni "İnter Mayami" arenasının açılışı aprelin 4-də keçiriləcək.
Qeyd edək ki, Messi 2023-cü ildən bəri MLS təmsilçisinin formasını geyinir.