son dəqiqə SON DƏQİQƏ
"Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu

Sent Lüsiyanın baş məşqçisi: “Meydana qələbə qazanmaq üçün çıxacağıq”

Bölmə adı Milli
Yayımlandı 26-03-2026, 21:37

FIFA Series-2026” beynəlxalq turniri çərçivəsində Azərbaycan millisi ilə keçiriləcək qarşılaşma öncəsi Sent Lüsiya yığmasının baş məşqçisi Stern Con mətbuat konfransında iştirak edib.


Sport1.az xəbər verir ki, mütəxəssis komandasının sabahkı sınağa tam hazır olduğunu vurğulayıb:


“Bizi burada çox səmimi qarşıladılar. Uzun yol gəlsək də, komandada əhval-ruhiyyə yüksəkdir. Azərbaycan millisi barədə kifayət qədər məlumat toplamışıq. Xüsusilə, heyətdə Çempionlar Liqası təcrübəsi keçmiş futbolçuların olması rəqibin gücündən xəbər verir. Onlar çox yaxşı təşkil olunmuş komandadır və bu, bizim oyunçularımız üçün yaxşı sınaq olacaq”.


Məşqçi yerli çempionatın səviyyəsinin Karib hövzəsi oyunçuları üçün cəlbedici olduğunu qeyd edib:

“Sabah meydana qələbə qazanmaq və rəqabət aparmaq üçün çıxacağıq. Eyni zamanda bu oyun futbolçularımız üçün bir şansdır. Əgər Azərbaycan Premyer Liqasından hər hansı futbolçumuza təklif gələrsə, mən buna yalnız sevinərəm”.


Qeyd edək ki, Azərbaycan - Sent Lüsiya oyunu martın 27, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR