son dəqiqə SON DƏQİQƏ
Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub

"0:5-lik məğlubiyyəti unutmaq asan deyil"

Bölmə adı Futbol / Azərbaycan
Yayımlandı 26-03-2026, 15:50

U-21 yığma komandamızın baş məşqçisi Rəşad Eyyubov AVRO-2027-nin seçmə mərhələsində Portuqaliya ilə keçiriləcək oyun ərəfəsində jurnalistlərin suallarını cavablandırıb.


Sport1.az xəbər verir ki, gənc mütəxəssis qarşıdakı matçla bağlı komandanın əsas məqsədlərindən danışıb.


Sabah Portuqaliya kimi güclü rəqibə qarşı oynayacaqsınız. Belə qarşılaşmaya futbolçuları hazırlamaq nə dərəcədə çətin olur?


Ən böyük çətinliyimiz oyunçuların fərqli liqalarda çıxış etməsi idi. Bəziləri Əvəzedicilər Liqasında, digərləri isə I Liqa və Premyer Liqada oynayır. Ona görə də əsas məsələ fiziki baxımdan balans yaratmaq idi ki, hamı eyni səviyyədə olsun. Bu istiqamətdə işlədik və artıq fiziki hazırlıq baxımından hazırıq. Taktiki tərəfə gəlincə, qısa müddətdə futbolçulara mümkün qədər çox məlumat verməyə çalışdıq. İndi isə hər şey daha çox mental hazırlıqdan asılıdır. Futbolçulara daim deyirəm ki, özlərinə inansınlar və maksimum hədəf qoysunlar. Vacib olan bunu meydanda əməl ilə göstərməkdir.


Bu oyunda əsas məqsədiniz nədir? Böyük hesablı məğlubiyyətdən qaçmaq, yoxsa xal qazanmaq?


Həmişə açıq danışıram. Bizim əsas məqsədimiz oyunçuları A milliyə hazırlamaqdır. U-21-in əsas funksiyası budur. Əsas odur ki, futbolçular müsbət təcrübə qazansınlar və növbəti mərhələdə psixoloji olaraq qələbələrə hazır olsunlar. Rəqibin kim olmasından asılı olmayaraq, heç kim bizdən daha çox qələbə istəyə bilməz.


İlk oyundakı 0:5 hesablı məğlubiyyətin psixoloji təsiri qalırmı?


Belə nəticələr asan unudulmur, futbolçular da bunu yaxşı anlayır. Bu barədə komanda daxilində danışmışıq. Qarşıdakı oyunda əlimizdən gələni edib, müsbət nəticə qazanmağa çalışacağıq.


Rüfət Abbasov U-21-dədir, Xəyal Əliyev isə əsas millidə. Ayxan Abbasovla bu mövzuda danışığınız necə oldu? Xəyal Əliyevin sizə qoşulmaq ehtimalı varmı?


Əsas prioritet A millidir. Biz də futbolçuları ora hazırlayırıq. Xəyal bizim üçün önəmli oyunçudur, xüsusilə hücum xəttində müəyyən çətinliklərimiz var. Ağadadaş Salyanski az oynayır, buna görə bəzi futbolçuları fərqli mövqelərdə sınayırıq.


“Sabah”a məxsus olub, “Araz-Naxçıvan”da icarədə çıxış edən Süleyman Həsənov geniş siyahınızda yer almışdı?


Bəli, onun haqqında məlumatımız var. Ümumilikdə geniş siyahımızda 100-dən çox futbolçu var və hamısını izləyirik. Süleyman da həmin siyahıdadır. Hazırda isə Premyer Liqada mütəmadi oynayan qapıçılarımız var – Xəyal Feyzullayev, Səlim Həşimov. Sadiq Ramazanov da I Liqada çıxış edir və perspektivli qolkiperlərdəndir. Gələcəkdə seçimlərdə dəyişikliklər mümkündür.


Oyun saat 15:00-da keçiriləcək. Bu, hazırlığınıza təsir edib?


Xeyr, belə saatlarda oynamaq futbolçular üçün adi haldır.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR