son dəqiqə SON DƏQİQƏ
"Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu

"Güclü olmalıyıq" - Kaxaber Sxadadze

Bölmə adı Premyer Liqa
Yayımlandı 21-03-2026, 19:21

Misli Premyer Liqasının 25-ci turunda "Turan Tovuz" "Qəbələ"ni məğlub etdi - 3:2.


Sport1.az xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Kaxaber Sxadadze mətbuat konfransında iştirak etdi.


Mütəxəssis məğlubiyyəti şərh etdikdən sonra jurnalistlərin suallarını cavablandırdı:


"Bayram münasibətilə hər kəsi təbrik edirəm. Çox axmaq qollar buraxırıq. "Neftçi" ilə oyunu yada salsaq, həmin oyunda da cərimə meydançasında bizim 4, onların 1 futbolçusu var idi. Lakin çox asan qol buraxdıq. Azarkeşləri də başa düşürəm. Təbii ki, nəticəyə baş məşqçi cavabdehdir. Mən də qorxmuram, cavab verməyə hazıram. Biz rəqibə bütün komponentlərdə uduzmuruq. Futbolçularda konsentrasiya problemi olduğunu düşünürəm. Biz bundan sonra daha yaxşı hazırlaşmağa çalışacağıq. Liqada qalmaq üçün əlimizdən gələni edəcəyik."


- Futbolçularda psixoloji baxımından problem olduğu görsənir. Baş məşqçi kimi bu problemi aradan qaldırmaq üçün hansı addımı atmağı düşünürsünüz?

- Təbii ki, komanda uduzanda üzərimizdə daha çox təzyiq olur. Son ay yarımda 11 oyun keçirdik. Bu gərginlikdə matçlar keçirmək oyunçularda psixoloji problem yaratmışdı. Daha güclü olmalıyıq. Qışdan sonra daha yaxşı oynayırdıq. Lakin nəticə qazanmaqda çətinlik çəkirik. Vaxt var. Bundan sonra daha yaxşı çıxış etməliyik.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR