son dəqiqə SON DƏQİQƏ
Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub

Mirbağır İsayev işə başladı: İlk olaraq məşqçilərlə görüşdü

Bölmə adı Azərbaycan
Yayımlandı 17-03-2026, 15:53

UEFA-nın Elit Məşq Layihəsinin yeni rəhbəri Mirbağır İsayevin məşqçilərlə ilk görüşü keçirilib.


Sport1.az xəbər verir ki, tanışlıq xarakteri daşıyan iclasda AFFA-nın baş katibinin müavini Elçin Məmmədov və layihə çərçivəsində bölgələrdə fəaliyyət göstərən məşqçi heyəti iştirak edib. 



Görüşdə çıxış edən Elçin Məmmədov mütəxəssisləri salamlayaraq yeni təyin olunmuş Mirbağır İsayevi məşqçilərə rəsmi şəkildə təqdim edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra çıxış edən Mirbağır İsayev nizam-intizamın vacibliyini ön plana çəkib, Elit Məşq Layihəsinə cəlb olunan yeniyetmə futbolçuların sağlamlığının daim diqqət mərkəzində saxlanılmalı olduğunu bildirib. O, həmçinin bölgələrdə istedadlı uşaqların aşkar edilməsi istiqamətində daha sistemli və məqsədyönlü fəaliyyətin zəruriliyini vurğulayıb.
İclas zamanı layihə ilə bağlı yeniliklər və qarşıdakı dövr üçün planlar müzakirə olunub.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR