son dəqiqə SON DƏQİQƏ
Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ●

"Qarabağ"dan ayrılan futbolçu: "Onunla danışanda ilk dediyi söz bu oldu"

Bölmə adı Futbol
Yayımlandı 14-03-2026, 09:38

“Qarabağ”dan ayrılan Kris Kuaku Norveçin “Sarpsborg 08” klubuna transferi barədə fikirlərini açıqlayıb.


Sport1.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında yeni komandasında çıxış edəcəyinə görə qürurlu olduğunu bildirib. O, komandanın uğuru üçün əlindən gələni etməyə çalışacağını vurğulayıb.


Kuaku əsasən mərkəz yarımmüdafiəçisi mövqeyində oynadığını deyib: “Topu müdafiədən hücuma aparmağı xoşlayıram. “Altı” və ya “səkkiz” nömrə mövqeyində çıxış edə bilirəm. Müdafiəyə kömək etməyi, eyni zamanda hücumlara qoşulmağı sevirəm”.


Futbolçu qeyd edib ki, bu kluba keçməzdən əvvəl sabiq komanda yoldaşı Andreas Nibe ilə danışıb. Onlar daha əvvəl Portuqaliyanın “CD Mafra” klubunda birlikdə oynayıblar.


“Onunla danışanda ilk dediyi söz bu oldu ki, burada hamı sənin daha yaxşı futbolçu olmağın üçün kömək edəcək. Komanda da kifayət qədər ambisiyalıdır. “Sarpsborg” inkişaf etməyi və irəli addımlamağı hədəfləyən klubdur”.


Sonda yarımmüdafiəçi əlavə edib: “Çox xoşbəxt və qürurluyam. Özümü göstərmək üçün səbirsizlənirəm. Meydanda komandaya çox enerji vermək istəyirəm. Özüm barədə çox danışmağı sevmirəm, qoy insanlar məni meydanda görsünlər”.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR