son dəqiqə SON DƏQİQƏ
"Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu

"Qarabağ"la oyunla müqayisədə futbolçuların gözündə alov var idi" – Demçenko

Bölmə adı Premyer Liqa
Yayımlandı 13-03-2026, 21:37

"Araz-Naxçıvan" Misli Premyer Liqasının 24-cü turunda doğma meydanda "Karvan-Yevlax"ı 2:1 hesabı ilə məğlub edib.


Sport1.az xəbər verir ki, "Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


"3 xal qazandıq. Bu, çox yaxşıdır. Birinci hissə bizim üçün yaxşı oldu. Yaxşı qollar vurduq. İkinci hissədə buraxdığımız qol öz səhvimizdən idi. Oyunun sonları bir az gərgin keçdi. “Qarabağ”la oyunla müqayisədə futbolçuların gözündə alov var idi".


- Simakala çox epizod qaçırdı. Əvəzlənəndə aranızda mübahisə oldu. Sirr deyilsə, oynamaq istəməyənlərdən biri də Simakaladı?


- Ad çəkməyəcəm. Yaxşı oynamayan oyunçular özləri bilirlər. Simakala hücumçudu, qol vurmalıdı. 


- Nuno Rodrigesin oyunundan razı qaldız?


- Bəli, onun yerini dəyişdik. Yaxşı oynadı. 


- Avrokuboklar mübarizəsində olduğunuzu hiss edirsiz?


- Təbii ki. Günbəgün daha irəliləyirik. Materialları daha yaxşı qəbul etməyə başlayırlar. Böyük komandalara qarşı xallar itirdik, amma hədəfimiz avrokuboklardı. Hər qalibiyyət komandaya özgüvən verir. 


- Keyta startda başlamayacaqdı, məcburi oldu. Bolinin zədəsi ciddidi?


- Keytaya verdik, yaxşı oynadı. Ayağının yuxarı hissəsində ağrılar hiss etdi. Durumunu sabah biləcəyik.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR