son dəqiqə SON DƏQİQƏ
İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ●

"Sumqayıt"ın komanda ilə şəhəri bir araya gətirmək istəyi - KÖŞƏ

Bölmə adı Yazı / Manşet
Yayımlandı 13-03-2026, 09:00

Futbol meydanında ən ağır sükut məğlubiyyət seriyalarından sonra yaranır.


Tribunalar əvvəlki kimi gur olmur, suallar artır. Amma futbolun ən maraqlı tərəfi də budur. Hər çətin dövr yeni bir hekayənin başlanğıcıdır.


Son həftələr "Sumqayıt" üçün istənilən kimi keçmir. Komanda artıq 5 oyundur qələbə üzünə həsrətdir. Nəticələr azarkeşləri narahat edir, komandaya olan inamın sınağa çəkildiyi bir dövr yaşanır. Amma futbol tarixində ən böyük dönüşlər məhz belə məqamlarda başlayıb.


Klubun sosial şəbəkələrdə paylaşdığı son video da təsadüfi mesaj deyil. Bu, adi anons yox, bir çağırışdır. Komanda azarkeşlərinə üz tutur, tribunaları yenidən doldurmaq istəyir. "Şamaxı" ilə keçiriləcək qarşılaşma üçün biletlərin pulsuz edilməsi də bunun göstəricisidir. Bu addımın arxasında sadə fikir dayanır: komanda ilə şəhər yenidən bir araya gəlsin.



 Bu kollektivin gücü təkcə meydandakı 11 futbolçu deyil, həm də tribunada dayanan minlərlə azarkeşdir. Bəzən komanda çətin dövrdən keçir, bəzən azarkeş incik düşür. Amma futbolun ruhu məhz belə anlarda sınanır.


"Şamaxı" ilə oyuna növbəti tur qarşılaşması kimi deyil mövsümün dönüş nöqtəsi kimi baxılır. Bəzən bir qələbə komandanın bütün ab-havasını dəyişir, yeni inam yaradır. Çünki bəzi oyunlar yalnız meydanda yox, həm də tribunada qazanılır. Bəlkə də məhz bu oyun "Sumqayıt" üçün yeni hədəfin başlanğıcı olacaq.


MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR