
“Barselona” sabiq futbolçusu Abde Ezzalzoulini yenidən heyətinə qatmaq istəyir.
Sport1.az xəbər verir ki, Kataloniya klubu hazırda “Betis”də çıxış edən 24 yaşlı vingerin hücum xəttini gücləndirəcəyini düşünür.
Abde bu mövsüm bütün turnirlərdə 28 oyunda 9 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun “Betis”lə müqaviləsi 2029-cu ilin yayına qədərdir.