son dəqiqə SON DƏQİQƏ
Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ●

Azərbaycan parapauerliftinqçilərindən Avropada 12 medal

Bölmə adı Digər
Yayımlandı 10-03-2026, 20:07

Azərbaycan millisi Gürcüstanın paytaxtı Tiflisdə keçirilən parapauerliftinq üzrə Avropa Açıq çempionatını 12 medalla başa vurub.


Sport1.az xəbər verir ki, 16 yaşlı paralimpiyaçı İlhamiz Kərimov (+107 kq) ən yaxşı qaldırmada 115 kq, ümumi qaldırmada isə 330 kq nəticə göstərərək hər iki göstərici üzrə yeniyetmələr arasında qalib olub.


15 yaşlı Elcan Səmədzadə (49 kq) 80 kq nəticə göstərərək həm ümumi qaldırmada, həm də ən yaxşı qaldırmada hər iki göstərici üzrə yeniyetmələr arasında bürünc medal qazanıb.


19 yaşlı Rəsul Zəkiyev (97 kq) ümumi qaldırmada 358 kq, ən yaxşı qaldırmada isə 126 kq nəticə göstərərək hər iki göstərici üzrə gənclər arasında gümüş medala sahib çıxıb.


Yarış Açıq Avropa Çempionatı statusu daşıdığından hər üç parapauerliftinqçimizə eyni əyarda 4 medal təqdim olunub.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR