son dəqiqə SON DƏQİQƏ
İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ●

Azərbaycanın iki güləşçisi AÇ-nin finalında

Bölmə adı Güləş
Yayımlandı 10-03-2026, 00:40

Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U23 Avropa çempionatı start götürüb.


Sport1.az xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalçaya çıxıb.


Mübarizəyə 1/4 finaldan qoşulan Vasif Bağırov (57 kq) fransalı Rasul Qalburayevə “tuş”la qalib gələrək yarımfinala yüksəlib. O, gürcüstanlı Nikoloz Botçorişvilini isə 6:2 hesabıyla üstələyib. Bağırov sabah finalda rusiyalı Ayanday Ondarla güləşəcək.


Musa Ağayev (65 kq) italiyalı Mattia Bientinesini vaxtından əvvəl (10:0) yarışdan kənarlaşdırsa da, 1/4 finalda belaruslu Maqomedxan Maqomedxanova 4:7 hesabıyla məğlub olub. Ağayev bürünc medal uğrunda ermənistanlı Arman Musikyanla mübarizə aparacaq.


Ramik Heybətov (70 kq) polşalı Daniel Kulçinskiyə 9:4 hesbıyla qalib gəldikdən sonra 1/4 finalda moldovalı Aleksandr Qaydarliylə bacarmayıb – 0:11. Heybətov təsəlliverici görüşdə gürcüstanlı Qoqa Otinaşviliylə üz-üzə gələcək.


Səbuhi Əmiraslanov (79 kq) belaruslu Aleksandr Viarbitskiyə (11:4) və almaniyalı Marat Kardanova (6:2) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Səbuhi gürcüstanlı Giorgi Qoqritçianiyə də gücünü göstərib – 4:1. Əmiraslanov həlledici görüşdə rusiyalı İsmayıl Xaniyevlə qarşılaşacaq.


Zəfər Əliyev (97 kq) ermənistanlı Qurqen Simonyana 6:2 hesabıyla qalib gəlsə də, yarımfinalda ukraynalı İvan Primaçenkoya eyni hesabla məğlub olub. Əliyev bürünc medal uğrunda Davide Kossu (İtaliya) – Emirhan Kılıç (Türkiyə) görüşünün qalibiylə güləşəcək.

Müəllif: Zafar Hajili