
“Santos”un hücumçusu Neymar Braziliya millisinin DÇ-2026 üçün nəzərdə tutulan geniş heyətinə daxil edilib.
Sport1.az xəbər verir ki, bu barədə “TNT Sports Brasil” məlumat yayıb. Yığmanın baş məşqçisi Karlo Ançelotti ulduz futbolçuya yenidən şans vermək niyyətindədir. Lakin son qərar onun hazırkı oyun formasından asılı olacaq.
Məlumata görə, taliyalı mütəxəssis Neymarın durumunu yaxından izləmək üçün “Santos”un “Mirasol”a qarşı keçirəcəyi görüşü də stadiondan izləməyi planlaşdırır.