son dəqiqə SON DƏQİQƏ
İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ●

"Qarabağ"dan "bu kəndin ağası mənəm" ismarıcı – YAZI

Bölmə adı Manşet / Yazı
Yayımlandı 9-03-2026, 14:29

Futbolda bəzi vacib qələbələr var ki, dəyəri 3 xaldan daha çoxdur. Bəzən rəqiblərə, bəzən rəsmilərə, bəzən azarkeşlərə, bəzən də hamıya bir mesaj vermək istəyirsən: “Mən buradayam”. “Qarabağ”ın “Araz-Naxçıvan” üzərində qazandığı 6:0 hesablı qələbə də məhz belələrindən idi.


Ağdam təmsilçisi bu oyunda sadəcə qalib gəlmədi. “Köhlən atlar” sanki hamıya göstərdi ki, çempionluq yarışı hələ bitməyib. Bu kəndin ağası yenə mənəm.


Bəli, hazırda turnir cədvəlinin zirvəsində “Sabah” qərarlaşıb. “Bayquşlar” stabil nəticələr hesabına liderliyi ələ keçiriblər. Amma bu mənzərənin incə tərəfi var. “Qarabağ” bir oyun az keçirib. Həmin matç Çempionlar Liqasına görə təxirə salınmış “Neftçi” ilə qarşılaşmadır. Yəni, cədvəldə görünən fərq tam mənzərəni əks etdirmir.


Son aylarda “Qarabağ” paralel olaraq Avropa arenasında mübarizə aparırdı. Çempionlar Liqasının gərgin qrafiki Premyer Liqaya tam fokuslanmağa imkan vermirdi. “Nyukasl”la oynanan oyunlar, səfərlər, bərpa prosesi...


Bütün bunlar daxili çempionata istər-istəməz təsir edirdi. İndi isə vəziyyət dəyişib.


“Qarabağ” artıq 1/16 final mərhələsində mübarizəni dayandırıb və bundan sonra bütün diqqət Premyer Liqaya yönələcək. Bu isə rəqiblər üçün o qədər də xoş xəbər deyil. Çünki Avropadan qayıdan “köhlən atlar” adətən çempionata daha aqressiv başlayır. “Araz-Naxçıvan”la oyunda bunun tam şahidi olduq. Bu, adi darmadağın deyildi. Çempionluq yarışının yeni mərhələsinin başladığını göstərən siqnal idi.


ZƏFƏR HACILI

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR