son dəqiqə SON DƏQİQƏ
İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ●

Azərbaycan millisinin FIBA Çempionlar Kuboku üçün heyəti bəllidir

Bölmə adı Basketbol
Yayımlandı 9-03-2026, 12:48

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin FIBA Çempionlar Kubokunda çıxış edəcək heyəti və oyun cədvəli müəyyənləşib.


Sport1.az xəbər verir ki, ikinci dəfə təşkil olunan turnirdə milli komanda Arika Karter, Aleksandra Mollenhauer, Tatyana Deniskina və Brianna Freyzerin yer aldığı heyətlə mübarizə aparacaq. Yığma yarışda ilk dəfə iştirak edəcək.


B qrupunda yer alan Azərbaycan millisi ilk oyunlarını martın 13-də keçirəcək. Komanda həmin gün Kanada qadınlardan ibarət 3x3 basketbol millisi və Tayland qadınlardan ibarət 3x3 basketbol millisi ilə qarşılaşacaq. Görüşlər müvafiq olaraq saat 13:20 və 16:05-də başlayacaq.


Millinin qrup mərhələsində son oyunu isə martın 14-də İspaniya qadınlardan ibarət 3x3 basketbol millisinə qarşı olacaq. Qarşılaşmanın start fiti saat 12:30-da səslənəcək.


Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028 Yay Olimpiya Oyunlarına vəsiqə verən Olimpiya təsnifat turnirində iştirak hüququ qazanacaq.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR