son dəqiqə SON DƏQİQƏ
İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ●

DÇ-2026 pley-off oyunu təhlükə altında: İraq millisindən təxirə salınma tələbi

Bölmə adı Futbol
Yayımlandı 9-03-2026, 12:32

İraq milli futbol komandasının baş məşqçisi Qrem Arnold FIFA-ya müraciət edərək DÇ-2026-nın martın sonunda keçirilməsi planlaşdırılan pley-off matçının təxirə salınmasını istəyib.


Sport1.az xəbər verir ki, mütəxəssis bu təklifi regionda yaranmış təhlükəsizlik riski ilə əsaslandırıb. Belə ki, fevralın 28-də ABŞ və İsrailin İrana endirdiyi hava zərbələrindən sonra Tehranın raket və dronlarla cavab verməsi səbəbindən İraqın hava məkanı bağlanıb.


Bu səbəbdən Arnold BƏƏ-də qalıb, ölkədə olan futbolçular və texniki heyətin isə Monterreyə (Meksika) uçması çətinləşib. İraq yığması martın 31-də Boliviya milli komandası – Surinam milli komandası cütünün qalibi ilə həlledici oyuna çıxmalıdır.


Arnold bildirib ki, ölkə tarixinin son 40 ildəki ən vacib matçına ən yaxşı heyətlə hazırlaşmaq istəyirlər və oyunun təxirə salınması komandaya hazırlıq üçün vaxt qazandırar.


Qeyd edək ki, 2026 FIFA Dünya Çempionatının 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikadə keçirilməsi planlaşdırılır.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR