son dəqiqə SON DƏQİQƏ
İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ●

Saşa İliçin bəhanəsi və məsuliyyətsizliyi - YAZI

Bölmə adı Yazı / Manşet
Yayımlandı 8-03-2026, 13:59

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sumqayıt” son həftələrdə tamamilə aciz görüntü sərgiləyir. 


Komanda artıq 5 oyundur qələbə qazana bilmir. Son turda autsayder  ilə heç-heçə etməsi vəziyyətin nə qədər acınacaqlı olduğunu açıq göstərdi. Avrokuboklar iddiası olan komanda "Karvan-Yevlax"la oyunda xal itirirsə, burada artıq ciddi məsuliyyətsizlikdən danışmaq lazımdır.


Baş məşqçi Saşa İliç bu biabırçı nəticələrdən sonra məsuliyyəti üzərinə götürmək əvəzinə bəhanə axtarmağa başladı. Bu, daha acınacaqlı durumdur. Akademiya futbolçularının oynadılması tələbi səbəbindən istədiyi oyunu qura bilmədiyini deməsi məsuliyyətdən qaçmaqdır. Uduzanda və ya xal itirəndə günahı başqa yerdə axtarmaq ən asan yoldur.


“Sumqayıt” illərdir akademiyanın üzvlərinə güvənən klubdur. Həmişə "kimyaçılar"ın heyətində Səbuhilər, Nihatlar, Sənanlar, Ayxanlar həmişə olublar.  Komanda meydanda plansız, ruhsuz futbol oynayırsa, bunun səbəbini akademiyada yox, məşqçi işində axtarmaq lazımdır. 


Həm də ki, "Kəpəz" və "Karvan-Yexlax"la görüşlərdə start heyətində 6 legioner olub. Bu, necə akademiyaya üstünlük verən komanda oldu? 


Bəhanələri kənara qoyaq, cənab İliç! Sənin meydana çıxartdığın komanda "Kəpəz" və "Karvan-Yevlax"a qalib gəlsəydi, indi vəziyyət başqa cür olardı. "Sumqayıt' 38 xalla "Zirə" ilə birgə 4-cü pillədə qəralaşacaqdı. Olmadı! Niyə?! Çünki serbiyalı məsuliyyətsiz və vecsiz davranmağı daha üstün tutdu.


Klublar əcnəbi məşqçilərə üstünlük verirlər ki, komandaları çətin durumdan çıxara bilsin. Bizim Saşa İliç isə belə məqamda bəhanə axtarmağa başladı. Çempionatın autsayderlərinə qalib gələ bilmədi. Əminliklə söyləyirəm. İstənilən yerli məşqçinin rəhbərliyində "Sumqayıt" "Karvan-Yevlax"a, "Kəpəz"ə qalib gələrdi. Amma Serbiya futbolunun canlı əfsanəsi bunu bacarmadı. Bu da mövsümlə bağlı klubların planları alt-üst edir və ya etmiş oldu.


MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR