son dəqiqə SON DƏQİQƏ
İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ●

Jalə Əliyeva: “Azərbaycan qadın güləşində iz qoymaq istəyirəm” - VİDEO

Bölmə adı Güləş
Yayımlandı 8-03-2026, 13:13

Bu gün 8 Mart – Beynəlxalq Qadınlar Günüdür.


Sport1.az xəbər verir ki, bu özəl gün münasibətilə Azərbaycan Güləş Federasiyası qadınlardan ibarət millinin lideri, U23 Dünya və Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının 2 qat qalibi, dəfələrlə böyüklər arasında qitə mükafatçısı olan Jalə Əliyeva haqqında video material hazırlayıb.


25 yaşlı güləşçi karyerası boyunca keçdiyi yoldan, üzləşdiyi çətinliklərdən, qazandığı uğurlardan və gələcək hədəflərindən danışıb:


“Güləşə 2009-cu ildə Gəncə şəhərində başlamışam. İdmana həvəsim həddən çox idi. Ancaq anam icazə vermirdi. Ad günümdə mənə hədiyyə olaraq idmana yazdırmasını xahiş etdim. O da razılaşdı.


Güləşə başlayanda çox həyəcanlı idim. Zala gəldim, güləşənlərin hamısı oğlan idi. Düşünürdüm ki, burada necə məşq edəcəyəm. Ancaq idmana o qədər həvəsim var idi ki, bu məqam mənim üçün o qədər də önəmli deyildi. Düşünürdüm ki, bir gün mən də çempion olacağam və məni də TV-də göstərəcəklər.


2016-cı ildə yeniyetmələrin (U17) Avropa çempionatında gümüş medal qazandıqdan sonra bir neçə il nüfuzlu yarışlarda uğur əldə edə bilmədim. Düşünürdüm ki, məndə artıq alınmır, idmanla vidalaşmaq lazımdır. Məşqçimiz Həsrət Məmmədyarov dedi ki, sənin hələ nə yaşın var.


2022-ci ildə U23 Avropa çempionu oldum. Bu yarış mənə çox motivasiya verdi. Qarşıma məqsəd qoymuşdum ki, dünya çempionu olmalıyam. 2024-cü ildə U23 dünya çempionu olarkən çəkdiyim əziyyətlər, aldığım zədələr yadıma düşmürdü. Həmin an özümü göylərdə hiss edirdim. Bayrağın dalğalanması, himnin səslənməsi… özümü çox xoşbəxt hiss edirdim.


Həmin il Bakıda keçirilən U23 Avropa çempionatının da qalibi oldum. Bu yarışa çox yaxşı hazırlaşmışdıq. Ən böyük motivasiyam anam oldu. O da Gəncədən Bakıya yarışı izləməyə gəlmişdi. Çox xoşbəxtəm ki, anamın arzusunu reallaşdırdım.


Amma bu nəticələrlə kifayətlənmirəm. Böyüklər arasında da Avropa və dünya çempionu, həmçinin olimpiya çempionu olmaq istəyirəm. Gələcək nəsilə örnək olmaq istəyirəm. Əlimdən gələni edəcəyəm ki, Azərbaycanı beynəlxalq arenalarda layiqincə təmsil edim.


Hər qadın öz ayaqları üstündə durmalıdır. Öz gələcəyini qurmalıdır.


Xalça üzərinə çıxan zaman yalnız özüm üçün yox, xalqım və vətənim üçün mübarizə aparıram. Böyük uğurlar qazanaraq Azərbaycan qadın güləşində iz qoymaq və inkişafında rol oynamaq istəyirəm”.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR