SON DƏQİQƏ
"Barselona" müdafiə xəttini gücləndirmək niyyətindədir.
Sport1.az xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb. Kataloniya klubu "Roma"nın mərkəz müdafiəçisi Evan Ndika ilə yaxından maraqlanır.
Məlumata görə, "göy-qırmızılılar" artıq Roma təmsilçisinin rəhbərliyi ilə əlaqə saxlayaraq 26 yaşlı futbolçunun transfer imkanları ilə maraqlanıblar.
Qeyd edək ki, cari mövsümdə müdafiəçi "Roma"nın heyətində bütün turnirlərdə 31 matçda iştirak edib və 3 qol vurub. Ndikanın İtaliya klubu ilə hazırkı müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.