son dəqiqə SON DƏQİQƏ
ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı İngiltərədə klubunu dəyişdi “Lill”dən “Mançester Siti”yə “Sabah”dan Prezidentə təşəkkür Əliyar Ağayev Konfrans Liqası matçında Elçin Məsiyevə UEFA-dan təyinat “Tvente”nin futbolçusu: “Buraxdığımız səhvlərdən dərs çıxarmışıq” Con van den Brom: “Lazımi nəticəni qazanmalıyıq” "Tvente" Bakıya ümidlə yox, təzyiq altında gəlib Premyer Liqa klublarının yay transferləri Litvanın Azərbaycandakı səfiri: "Dambrauskasla qürur duyuruq" ABŞ-dən olan hücumçu "Gəncə"də Azərbaycan milli komandasının qrup oyunlarının təqvimi müəyyənləşib "Şəmkir" müdafiəçi transfer edib Vaqif Cavadov Bakıda sabiq komandası "Tvente"ni ziyarət edib Coy Lens Mikelsin əsas mərhələdə qarşılaşmaq istədiyi Yığmamız növbəti oyununa çıxacaq Azərbaycan klubunun məşqçisi futboldan uzaqlaşdırılıb - "İmişli" bir ay əvvəl transfer etdiyi futbolçu ilə vidalaşıb - "Bu, bizim üçün problemdir, amma inkişafımız üçün də bir sıçrayışdır" "Qarabağ" bu futbolçu üçün 700 min avro ödəməyə hazırdır -

Premyer Liqaya iddialı klubun yeni rəhbəri bəlli oldu

Bölmə adı I Liqa
Yayımlandı 7-03-2026, 15:48

"Şəfa"nın yeni prezidenti bəlli olub.


Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti yayıb.


Bakılıların yeni rəhbəri Kənan Sadıqlı olub. Prezident klubun hədəfləri ilə bağlı mətbuat xidmətinə açıqlama verib:


“Şəfa"da aparılan idarəetmə dəyişikliyi ilə bağlı qısa olaraq bildirmək istəyirəm ki, klubun əvvəlki prezidenti Sərdar Salmanzadə ilə qarşılıqlı anlaşma əsasında yollarımızı ayırmışıq.


Xüsusilə qeyd etmək istəyirəm ki, “Şəfa” "MyGroup Holding" tərəfindən alınaraq şirkətin strukturuna daxil edilib. Bu səbəbdən "MyGroup" klubun yalnız sponsoru deyil, eyni zamanda birbaşa sahibi və idarəedici tərəfidir.


Klubun maliyyə təminatı, idarəetmə modeli, inkişaf strategiyası və əsas qərarları ilk gündən etibarən MyGroup tərəfindən müəyyən olunub və klub rəhbərliyi bu strategiyanın icrası istiqamətində fəaliyyət göstərib.


Bu baxımdan klubun ümumi idarəetmə prinsiplərində hər hansı dəyişiklik yoxdur. Sadəcə olaraq, son qərarla klubun gündəlik idarəçiliyini rəsmi olaraq birbaşa üzərimə götürmüşəm.


Əsas məqsədimiz “Şəfa”nın inkişafını davam etdirmək, komandanın hazırkı müsbət dinamikasını qorumaq və gələcəkdə Azərbaycan futbolunda daha güclü mövqeyə sahib olmasına töhfə verməkdir.”


Eyni zamanda qeyd etmək istərdik ki, Kənan Sadıqlı hazırda "MyGroup Holding"də vitse-prezident vəzifəsində də fəaliyyət göstərir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR