
Bu gün Misli Premyer Liqasının 23-cü turunda "Sumqayıt" "Karvan-Yevlax"la üz-üzə gələcək.
Sport1.az xəbər verir ki, "kimyaçılar" bu matça 4 itki ilə çıxacaq.
Roy Kehat və Ronaldo Vazkez zədəlidirlər. Onlar bu səbəbdən görüşü buraxacaqlar. Nikolo Ninkoviç və Aleksandr Ramalinqom isə vərəqə cəzalısı olduqları üçün qarşılaşmada iştirak etməyəcəklər.
Qeyd edək ki, görüş saat 15:00-da start götürəcək.