son dəqiqə SON DƏQİQƏ
ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı İngiltərədə klubunu dəyişdi “Lill”dən “Mançester Siti”yə “Sabah”dan Prezidentə təşəkkür Əliyar Ağayev Konfrans Liqası matçında Elçin Məsiyevə UEFA-dan təyinat “Tvente”nin futbolçusu: “Buraxdığımız səhvlərdən dərs çıxarmışıq” Con van den Brom: “Lazımi nəticəni qazanmalıyıq” "Tvente" Bakıya ümidlə yox, təzyiq altında gəlib Premyer Liqa klublarının yay transferləri Litvanın Azərbaycandakı səfiri: "Dambrauskasla qürur duyuruq" ABŞ-dən olan hücumçu "Gəncə"də Azərbaycan milli komandasının qrup oyunlarının təqvimi müəyyənləşib "Şəmkir" müdafiəçi transfer edib Vaqif Cavadov Bakıda sabiq komandası "Tvente"ni ziyarət edib Coy Lens Mikelsin əsas mərhələdə qarşılaşmaq istədiyi Yığmamız növbəti oyununa çıxacaq Azərbaycan klubunun məşqçisi futboldan uzaqlaşdırılıb - "İmişli" bir ay əvvəl transfer etdiyi futbolçu ilə vidalaşıb - "Bu, bizim üçün problemdir, amma inkişafımız üçün də bir sıçrayışdır" "Qarabağ" bu futbolçu üçün 700 min avro ödəməyə hazırdır -

"Sabah"ın qapıçısı etiraf etdi: "Konsentrasiyanı itirir, rahatlaşırıq"

Bölmə adı Kubok / Manşet
Yayımlandı 7-03-2026, 11:23

Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab matçında "Qəbələ" ilə heç-heçə edən (3:3) "Sabah" penaltilər seriyasında qələbə qazandı.


Sport1.az xəbər verir ki, "bayquşlar"ın qolkiperi Stas Pokatilov qarşılaşma ilə bağlı fikirlərini jurnalistlərə açıqladı:


"Əlbəttə, ağır oyun alındı. Açığı, ardıcıl olaraq, bu komanda ilə qarşılaşmalar belə məcrada keçir. Sanki öz səhvlərimiz üzərində öyrənmirik. "Qarabağ"la son oyunumuzun taleyini təkrarladıq. Əlbəttə, bunu məşqçilər heyəti ilə birlikdə araşdıracağıq. Amma bunlar emosiyalardır. Əsas məsələ odur ki, qalib gəldik və mərhələ adladıq".


Qazaxıstanlı qapıçı 2 görüşdə 6 qol buraxmağını belə şərh edib:


"Sözsüz ki, hesabda öndə olduqdan sonra komandada arxayınlıq yaranır. Fikrimcə, bu, ən əsas səbəbdir. Hesabda öndə olduğumuz vaxt konsentrasiyanı itirir, rahatlaşırıq".


Pokatilov hazırda "Qarabağ"la Azərbaycan Kubokunun yarımfinal oyunlarını yox, "Qəbələ" ilə çempionat qarşılaşmasını düşündüklərini diqqətə çatdırıb:


"Bütün rəqiblərə qarşı olduğu kimi hazırlaşacağıq. "Qarabağ"la oyun barədə danışmaq üçün hələ tezdir. Çempionatdakı növbəti oyunumuz yenə də "Qəbələ"yə qarşı olacaq".

MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR